Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-899/2022 11.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Özbəkistan Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, Xəzər küçəsi 12 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əyyə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, 11 may 2022-ci il tarixdə Xudat PB-nin inzibati binasında polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətaya dair protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 16 aprel 2022-ci il tarixdə polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik etmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirdi ki, 3-cü qrup əlildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1987-ci ildə Özbəkistan Respublikasında anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz ) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-899/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-899/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver