Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-90/2022 13.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01.11.1983-cü ildə anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri M.Ə.Sabir küçəsi 59 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1399/2016 saylı 08.04.2016-cı il tarixli icra sənədinə əsasən 13214 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq “Orelay” firmasına və 2(067)-73/2017 saylı, 06.02.2017-ci il tarixliu icra sənədinə əsasən 44901.80 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq “Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinə verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun iki icra sənədi üzrə 52403 manat borcu var. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-1399/2016 saylı 08.04.2016-cı il tarixli icra sənədinə əsasən 13214 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq “Orelay” firmasına və 2(067)-73/2017 saylı, 06.02.2017-ci il tarixliu icra sənədinə əsasən 44901.80 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq “Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinə verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələblərin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Hazırda borclunun iki icra sənədi üzrə 52403 manat borcu var. Əvvəllər icra sənədi üzrə 2020-ci ilin fevral ayında son dəfə 400 manat ödəniş olub. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-1399/2016 saylı 08.04.2016-cı il tarixli icra sənədinə əsasən 13214 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq “Orelay” firmasına və 2(067)-73/2017 saylı, 06.02.2017-ci il tarixliu icra sənədinə əsasən 44901.80 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq “Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinə verilməsi təmin olunmalıdır. Ona bildiriş göndərilmişdir. İcra sənədləri üzrə ödənişlər etmişdir. İcra sənədi üzrə 2020-ci ilin fevral ayında son dəfə 400 manat ödəniş edib. 1 ay covid-19 virusuna yoluxmuşdur, anası da rəhmətə getmişdir. Borcundan hazırda ödəniş edə bilmir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 3(067)-455/2019 saylı, 29.07.2019-cu il tarixli qərarından görünür ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-4371/2016 saylı, 14.09.2016-cı il tarixli qətnaməsini icra etmədiyi üçün İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində axtarış işi açılmış və o, 08.01.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, 3 uşağının olmasını, əvvəllər də İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib cərimə olunmasını, nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 01.11.1983-cü ildə anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən, saat 12:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-90/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-90/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver