Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-900/2022 12.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ 2 Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Quba rayonunun Susay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Quba rayonu, Qırız-Dəhnə kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 14 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyevc qəsəbəsində yaşayan X14 məxsus Xaçmaz rayonu, Ağyazı-buduq kəndində yerləşən evindən 1 ədəd Wİ-Fİ aparatını, 01 ədəd aliminium materialdan olan teştin, su qabının və 01 ədəd baltanı, 28 fevral 2022-ci il tarixdə Xudat şəhəri Babaək küçəsində yaşayan X1 Xudat şəhəri, Vaqif küçəsində yerləşən evininin pəncərəsini sındırarmaq yolu ilə evə daxil olaraq 50 manat dəyərində televizor aparatını, 01 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, Vağzal küçəsi ev 2, mənzil 3-də yaşayan X3 yaşadığı evinin həyətindən 70 manat dəyərində su qızdırıcısını, 03 mart 2022-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xudat kəndində yaşaya X11 mühafizəçi kimi qaldığı evdən dəmir parçalarını, 24 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, H.Fərzəliyev küçəsi, ev 37-də yaşayan X4 yaşadığı evinin həyətinin yuxarı hissəsində qoruyucu hasar kimi qoyduğu relsi,09 aprel 2022-ci il tarixdə Xaçmaz rayonu, Şollar kəndində yaşayan X9 yaşadığı evin həyətində olan yarım tikilinin,Ş köhnə vəziyyətdə olan göy rəngə boyanmış, taxta materially qapsını, 17 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X15 məxsus evin pəncərəsindən daxil olmaqla evin zirzəmisindən 01 ədəd mis materialdan olan qazanı oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, bundan qabaqda Quba rayon məhkəməsində barəsində inzibati xəta haqqında işə baxılmışdır. Anasının hər iki döşü ankoloji xəstəliyi ilə bağlı ağzında olan qızıl dişlərini satdığını sonradan isə yenidən pula ehtiyacı olduğundan oğurluq etmiş və etmiş oğurluq əsasında əldə etdiyi pul vəsaitini xəstə anası üçün xərclədiyini bildirmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində xəstə anası olduğunu nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis kapitanı X8 29 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis kapitanı X2 10 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 11 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis mayoru X12 12 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenanrı X6 02 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis kapitanı X2 18 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X20 bölməsinin təhqiqatçısı, polis leytenantı X10 23 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxslər X3, X9, X13 ərizələrindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmişdir, İş materiallarında X1 və X11, X7 ərizələrindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında aprotokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 12 mat 2022-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-900/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-900/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver