Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-901/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, X3 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 şikayətlə məhkəməyə müraciət edərək Xaçmaz rayon BDYPB-nin onun barəsində çıxardığı 06.05.2022-ci tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsini xahiş etmişdir. Bundan sonra X2 məhkəməyə ərizə ilə müraciət edərək şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q ərara aldı: X1 Xaçmaz rayon BDYPB-nin onun barəsində çıxardığı 06.05.2022-ci tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsinı dair şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov İş № 3(067)-901/2022 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 26 may 2022-ci il Xaçmaz şəhəri Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, X3 tərəfindən barəsində tərtib olunmuş inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanması üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim qərardadı elan edir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-901/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-901/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver