Məhkəmə qərarları › İş №3(067)-907/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-907/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-907/2024 01.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Bakı Şəhəri, DYPİ, Polis kapitanı X1 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati qərarının ləğv edilməsi barədə X2 şikayətinə baxaraq, müəyyən etdi: Bakı Şəhəri, DYPİ, Polis kapitanı X1 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Xaçmaz Rayon Məhkəməsinə X2 Bakı Şəhəri, DYPİ, Polis kapitanı X1 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 80 manat cərimə edilməsinə dair qərarına xitam verilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən X2 tənbeh edilməsinə səbəb, xx.xx.2024cü il tarixdə saat 16:43 radələrində, Bakı şəhəri, Məmmədcəfər Cəfərov, 1 a ərazisində idarə etdiyi X6 minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu, ehtimal olunan inzibati xətanın Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verdiyini, şikayətə Xaçmaz Rayon Məhkəməsində baxılması barədə əsaslandırılmış vəsatət verilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Şəhəri, DYPİ, Polis kapitanı X1 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati qərarının ləğv edilməsi barədə X2 şikayətinə dair 3(067)-907/2024 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. HAKİM Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar