Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-908/2021 22.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X15 Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X15 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 26 mart 2021-ci il tarixdə X9 məxsus ünvan 3 ünvanında yerləşən evin ambarından dəyəri 60 manat olan “Ayqas” markalı su qızdırıcısını və ümumi dəyəri 10 manat olan 03 ədəd yastıqçanı, bundan başqa 12 aprel 2021-ci il tarixdə X7 nəzarət etdiyi Xaçmaz rayonunun Çax-çaxlı kəndində yerləşən, xalası Mətanətə məxsus evin həyətindən 80 manat dəyərində “Markus” markalı su mühərrikini, bundan başqa 07 iyun 2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhəri, Şıxlinski küçəsində yerləşən X4 məxsus 11 saylı evin yataq otağındakı dolabdan 50 manat nağd pulu, bundan başqa 19 iyul 2021-ci il tarixdə Şabanov Qurban-Məmməd Ziyəddin oğluna məxsus bağ sahəsindən 62 manat dəyərində “Lyuks Pro” markalı su mühərrikini, bundan başqa 03 avqust 2021-ci il tarixdə X3 məxsus Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində yerləşən çay evinin mətbəxində olan rəfdən 75 manat pulu oğurlamaqla özgə əmlakını xırda talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X15 Polis Bölməsinin sahə rəisi X5 göstərdi ki, Şəxs 26 mart 2021-ci il tarixdə X9 məxsus ünvan 3 ünvanında yerləşən evin ambarından dəyəri 60 manat olan “Ayqas” markalı su qızdırıcısını və ümumi dəyəri 10 manat olan 03 ədəd yastıqçanı, bundan başqa 12 aprel 2021-ci il tarixdə X7 nəzarət etdiyi Xaçmaz rayonunun Çax-çaxlı kəndində yerləşən, xalası Mətanətə məxsus evin həyətindən 80 manat dəyərində “Markus” markalı su mühərrikini, bundan başqa 07 iyun 2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhəri, Şıxlinski küçəsində yerləşən X4 məxsus 11 saylı evin yataq otağındakı dolabdan 50 manat nağd pulu, bundan başqa 19 iyul 2021-ci il tarixdə Şabanov Qurban-Məmməd Ziyəddin oğluna məxsus bağ sahəsindən 62 manat dəyərində “Lyuks Pro” markalı su mühərrikini, bundan başqa 03 avqust 2021-ci il tarixdə X3 məxsus Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində yerləşən çay evinin mətbəxində olan rəfdən 75 manat pulu oğurlamakla özgə əmlakını xırda talamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirdi ki, maddi vəziyyəti ağır olmaqla pula ehtiyacı olduğundan həqiqətən 26 mart 2021-ci il tarixdə X9 məxsus ünvan 3 ünvanında yerləşən evin ambarından dəyəri “Ayqas” markalı su qızdırıcısını və 03 ədəd yastıqçanı, 12 aprel 2021-ci il tarixdə X7 nəzarət etdiyi Xaçmaz rayonunun Çax-çaxlı kəndində yerləşən evin həyətindən “Markus” markalı su mühərrikini, 07 iyun 2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhəri, Şıxlinski küçəsində yerləşən X4 məxsus evin yataq otağındakı dolabdan 50 manat pulu, 19 iyul 2021-ci il tarixdə Şabanov Qurban- Məmməd Ziyəddin oğluna məxsus bağ sahəsindən “Lyuks Pro” markalı su mühərrikini və 03 avqust 2021-ci il tarixdə X3 məxsus Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində yerləşən çay evinin mətbəxindəki rəfdən 75 manat pulu oğurlamışdır. Əməlindən peşmandır. Zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəməmişdir. İş materiallarında olan Xaçmaz rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru X6 04 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində 26 mart 2021-ci il tarixdə X9 məxsus ünvandan edilmiş oğurluq faktı üzrə cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X15 Polis Bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X13 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 20 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs 12 aprel 2021-ci il tarixdə X7 nəzarət etdiyi Xaçmaz rayonunun Çax-çaxlı kəndində yerləşən evin həyətindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X15 Polis Bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X13 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 10 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində 07 iyun 2021-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhəri, Şıxlinski küçəsində yerləşən X4 məxsus ev dən edilmiş oğurluq faktı üzrə cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X15 Polis Bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru X6 28 iyul 2021-ci il tarixli tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində 19 iyul 2021ci il tarixdə Şabanov Qurban-Məmməd Ziyəddin oğluna məxsus bağ sahəsindən edilmiş oğurluq fatı üzrə cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X15 Polis Bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru X6 12 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində 03 avqust 2021ci il tarixdə X3 məxsus Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində yerləşən çay evindın edilmiş oğurluq faktı üzrə cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X15 Polis Bölməsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. İctimai işlər növiində inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-908/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-908/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver