Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-908/2022 16.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Dəvəçi rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayonu Aygünlü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq mü əyyə n et di: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, 14 may 2022-ci il tarixdə saat 02-20 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsində saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin əlilliyinin olmadığını bildirdi. Əlavə olaraq bildirmişdi ki, hadisə vaxtı ondan və dostundan bıçaq aşkarlanmışdır. Həmçinin əvvəllər CM-nin 120-ci maddəsi ilə məhkum olub. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-də PPX-də işləyən X3 ifadəsində bildirmişdir ki, 14 may 2022-ci il tarixdə saat 02-20 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsində saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı hər iki şəxsin üzərindən bıçaq aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon RPŞ-də PPX-də işləyən X2 ifadəsində bildirmişdir ki, 14 may 2022-ci il tarixdə saat 02-20 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsində saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı hər iki şəxsin üzərindən bıçaq aşkarlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 04:15-dən 15 may 2022-ci il saat 20-05-dək inzibati qaydada tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, şahid ifadələri və iş materialları ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1997-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs təyin edilsin. Şəxs 14 may 2022-ci il tarixdən saat 04:15-dən 15 may 2022-ci il tarixə saat 20:05dək inzibati qaydada tutulması nəzərə alınmaqla onun üzərində 06 (altı) gün müddətinə inzibati həbs saxlanılsın. Həbsin əvvəli 16 may 2022-ci il saat 17-10-dan hesablansın . Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulma) alınsın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-908/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-908/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver