Məhkəmə qərarları › İş №3(067)-908/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-908/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-908/2025 20.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, “BMW 5201 ” minik markalı, 90LK376 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında protokol (EQ ********) tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP7061764) protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Xaçmaz Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş veb-portal çıxarışından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətaya dair qərara əsasən (EQ ********) ona təyin olunmuş cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1959-ci ildə anadan olmuş Şəxs hazırkı inzibati xətaya dair iş üzrə (İXP 7061764) Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsinin Qeydinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar