Məhkəmə qərarları › İş №3(067)-909/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-909/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-909/2022 16.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Qəsəbəsi, Məmmədəliyev küçəsi 11 saylı evdə qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:02 radələrində Xaçmaz şəhəri, 20 yanvar küçəsində özünü şübhəli aparmaqla, ərazidə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, lakin buna baxmayaraq o, öz qanunazidd hərəkətlərini davam etdirməklə növbətçi hissənin iş fəaliyyətini pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri 20 yanvar küçəsində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının onun şübhli şəxs olduğunu hiss etmiş, üzərindəki bıçağı gördükdə, polis əməkdaşları ona yaxınlaşaraq onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmiş, o isə polisin qanuni tələblərinə tabe olmamışdır. Onu yenidən nizam-intizama dəvət etsələr də o öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında izahat verən protokolu tərtib edən Xaçmaz rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, Xaçmaz rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman Xaçmaz şəhəri 20 yanvar küçəsində hərəkətdə olarkən sonradan adı, soyadı məlum olan Şəxs özünü şübhəli şəxs qismində aparmış və onun üzərində dəmir bıçaq aləti olduğu üçün Şəxs Xaçmaz rayon Polis Şöbəsinə dəvət etdikdə, onların qanuni tələblərinə tabe olmamışdır. Onu yenidən nizam-intizama dəvət etsər də o öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Xaçmaz rayon RPŞ-PPXB-nin polis baş serjantı X3 göstərmişdir ki, Xaçmaz rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman Xaçmaz şəhəri 20 yanvar küçəsində hərəkətdə olarkən sonradan adı, soyadı məlum olan Şəxs özünü şübhəli şəxs qismində aparmış və onun üzərində dəmir bıçaq aləti olduğu üçün Şəxs Xaçmaz rayon Polis Şöbəsinə dəvət etdikdə, onların qanuni tələblərinə tabe olmamışdır. Onu yenidən nizam-intizama dəvət etsər də o öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Xaçmaz rayon RPŞ-PPXB-nin manqa komandiri polis serjantı Şahid2, şahid Ramin Atakişiyevin ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 14 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 14 may 2022-ci il tarixli, 183 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 04:15 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 16 may 2022-ci il tarixdə saat 16:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh növü tətbiq edilsin. Şəxs 14 may 2022-ci il saat 04:25-dən xx.xx.2022-ci il saat 20:00-dək həbsdə saxlandığı müddət ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 06(altı) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. Həbsin əvvəli 16 may 2022-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar