Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-91/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, qərarından şikayət verilmiş Xaçmaz RPŞ-nin DYPB-nin polis kapitanı X3, şikayət vermiş şəxs X1 iştirakları ilə X4 tərəfindən Xaçmaz RPŞ-nin TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 tərəfindən Xaçmaz RPŞ-nin TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindənbaxılması zamanı X4 tərəfindən Xaçmaz rayon məhkəməsinə xx.xx.2024-cü il tarixdə də, sözügedən qərar barəsində şikayəti daxil olduğu və artıq digər hakim tərəfindən icraata götürüldüyü və xx.xx.2025-ci il tarixdə məhkəmə iclasının keçirildiyi, işin baxılmasının təxirə salındığı müəyyən edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs izahat verərək hazırki iş üzrə şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş şəxs izahat verərək şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən şikayət vermiş şəxs tərəfindən Xaçmaz RPŞ-nin TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından iki dəfə ayrı-ayrı tarixlərdə eyni məzmunlu şikayəti daxil olmuşdur. xx.xx.2024cü il tarixdə daxil olmuş həmin şikayət hazırda icraatda olduğundan şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnizibatiXətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardanşikayət, prokuror isə protest verə bilər. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardanverilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109,128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 tərəfindən Xaçmaz RPŞ-nin TP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyişikayət geri qaytarılsın. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-91/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-91/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver