Məhkəmə qərarları › İş №3(067)-910/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-910/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-910/2024 21.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X10 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının X7 X5 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun məsləhətçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının X7 X1 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X6-X14 tərəfindən Şəxs barəsində İXM-in 544.1-ci maddəsi ilə 11 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 11 iyun 2024-cü il tarixdə Xaçmaz rayonu, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən vəzifəli şəxs Şəxs ona məxsus ət satışı obyektində vəzifəli şəxslərin qanuna uyğun yoxlamanın keçirilməsinə maneəçilik törətmiş və səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-390/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 3(067)- 910/2024 saylı qərarı ləğv olunaraq Şəxs barəsində Azərbaycan Respublikası QTA-nın X5 məsləhətçisi X8 tərəfindən İXM-nin 544.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola yenidən baxılması üçün material Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, yoxlamalar zamanı şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ədliyyə Nazirliyinin və X2 reysterdən çıxarış əsasında Şəxs məxsus Xaçmaz rayonu Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən ət satışı obyektində yoxlamalar keçirilmişdir. Belə ki, yoxlamalar tərəflərindən müəyyən edilmiş beş iş günü ərzində aparılır. Tərəflərindən Şəxs yoxlamanın keçirilməsi barədə iş materialları təqdim olunmuş və imza çəkilərək götürülmüşdür. Sonrada yoxlamaların keçirilməsinə etiraz edilərək maneçilik törədilmişdir. Bu da, İXM-nin 544.1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki,Azərbaycan Respublikasının Qida X6-X14 tərəfindən ona yoxlamanın keçiriləcəyi ilə əlaqədar məktub göndərilmişdir. Azərbaycan Respublikasının X7 X5 əməkdaşları onun işlədiyi yerə gələrək yoxlamanın keçirilməsi ilə əlaqədar ona imza etdirmişlər. X7 əməkdaşları orada olduqları vaxt bazarın sahibəsi ona yaxınlaşaraq obyekti bağlamağını demişdir. Növbəti gün X2 əməkdaşları ona zəng etdiklərində o, iş yerində olduğunu, lakin bazarın sahibəsinin yoxlamanın keçirilməsinə icazə vermədiyini demişdir. X2 əməkdaşları oraya gələrək müvafiq sənədləri tərtib edib oradan getmişlər. Həmçinin bildirmişdir ki, o, bazarın sahibəsi ilə şifahi razılaşma yolu ilə gündəlik 7 manat pul ödəməklə ət satır. Obyektdə ona məxsus tərəzisi, baltası və üzərində ət doğramaq üçün ağac kötüyü vardır. O, mütəmadi olaraq fəaliyyət göstərmir. 2023-cü il tarixdə VÖENi aktiv deyildir. Məhkəmə iclasında zalında Şahid izahat verərək bildirmişdir ki,bazarın sahibəsi olaraq həmin obyekt ona məxsusdur. Belə ki, səyyar qaydada fəaliyyət göstərən və heç bir icarə müqaviləsi olmayan Şəxs ət satışı ilə məşğul olduğu obyektdə qanunazidd olaraq yoxlama keçirilmişdir. Yoxlamanın keçirilməsinə obyektin sahibəsi olaraq onun tərəfindən maneçilik törədilmişdir. Şəxs müntəzəm olaraq orada işləməmişdir. Obyektin açarları sahibkar olaraq onda olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş yoxlama ilə əlaqədar DVD formatlı diskdə olan audio-video yazıya nəzər yetirərkən bazarın sahibəsi tərəfindən, növbəti gün isə onun göstərişi əsasında Azərbaycan Respublikası X7 X5 əməkdaşlarının Şəxs şifahi razılaşma yolu ilə gündəlik haqq ödəməklə fəaliyyət göstərdiyi obyektə yoxlamanın keçirilməsinə maneçilik törədilmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslarvardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası X2 X5 QXYQ-182 saylı 23 may 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Xaçmaz rayon Mərkəzi Bazar ərazisində yerləşən Şəxs məxsus ət satışı obyektində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlamalar aparılmışdır. Şəxs qərarın əsli ilə tanış olaraq surətini təhvil almış və imza etmişdir. - xx.xx.2024-cü il tarixli Aktdan müəyyən olunur ki, bazar ərazisində yerləşən ət satışı obyektinə yoxlama aparmaq məqsədilə daxil olmuş, obyektin bağlı olduğu müəyyən olunmuş, orada işləyən sahibkar Şəxs yaxınlaşaraq bazar sahibəsinin ona obyekti bağlamasını və yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. - Azərbaycan Respublikası X2 X5 məsləhətçisi X8 tərəfindən tərtib olunmuş 11 iyun 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən vəzifəli şəxs Şəxs məxsus ət satışı obyektində vəzifəli şəxslərin qanuna uyğun yoxlamanın keçirilməsinə maneçilik törətməsi və səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması olmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)-910/2024 saylı qərarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh təyin edilmişdir. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellayasiya şikayəti əsasənda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(105)-390/2024 saylı qərarından müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 3(067)-910/2024 saylı qərarı ləğv olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası X2 X5 məsləhətçisi X8 tərəfindən İXM-nin 544.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokola yenidən baxılması üçün material Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görəfiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-1-ci maddəsinə əsasən yoxlayıcının yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq hüququ vardır. Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanunun 35.1.2ci maddəsinə əsasənqida subyektləri bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə əməl olunmasına dair vəziyyəti yoxlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən əməkdaşların qida obyektlərinə maneəsiz girişinə, obyektə baxış keçirmələrinə və məhsullardan nümunələr götürmələrinə şərait yaratmaq və qanunvericiliyə uyğun olaraq tələb etdikləri sənədləri onlara təqdim etmək vəzifəsi yerinə yetirməlidirlər. Hazırkı iş materiallarından müəyyən olunur ki, protokol vəzifəli şəxs barəsində tərtib olunsa da, Şəxs oğlunun vəzifəli şəxs olmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, o cümlədən fiziki yoxsa, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsi səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs olmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 544.1-ci maddəsindəki inzibati xətanın subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləki, hazırkı iş üzrə yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsi və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsi əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarından, tərəflərin və şahid ifadələrindən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ət satışı fəaliyyəti ilə məşğul olsa da, fiziki şəxs kimi vergi uçotunda fəaliyyətini müvəqqəti dayandırdığı, həmçinin həmin ət satışı məntəqəsi ilə hər hansı formada hüquqi bağlılığı olmadığı halda vəzifəli şəxs kimi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin bazarın sahibəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib şəxs arasında icarə və ya başqa formada (məzmunda) müqavilə yoxdur, o, şifahi razılaşma əsasında gündəlik haqq ödəməklə fəaliyyət göstərmişdir. Yoxlama zamanı o, bazarın – obyektin sahibəsinin göstərişinə əsasən müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin yoxlanılması nəzərdə tutulan ət satışı məntəqəsinə maneəsiz daxil olmasına şərait yaratmamışdır. Bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Qida X6-X14 tərəfindən tərtib olunmuş 11 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar