Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-911/2022 17.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 avqust 1986-cı ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, Xaçmaz rayonu Həsənqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Xaçmaz RPŞ-nin X4 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz RPŞ-nin X5 tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin Xudat PB-nin sahə rəisi, polis mayoru X2 izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Həsənqala kəndində yaşayan Şəxs Həsənqala kənd məscidində dini qurumlar yaradaraq azyaşlı uşaqlara qanunsuz dini dərslər keçməsi aşkar olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib göstərdi ki, o, may ayının ilk günlərindən Xaçmaz rayonu Həsənqala kənd məscidində həftədə iki dəfə allah rizası üçün təmənnasız olaraq kənd sakinlərinin razılığı əsasında onların azyaşlı qızlarına ilkin təməl dini bilikləri tədris etmişdir. O, şəxsiyyət vəsiqəsinin aydiyyatı orqana göndərdiyini, lakin oradan cavab gəlməsini gözləmədiyini qeyd etmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Xaçmaz RPŞ-nin Xudat PB-nin xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Həsənqala kəndində yaşayan Şəxs Həsənqala kənd məscidində dini qurumlar yaradaraq azyaşlı uşaqlara qanunsuz dini dərslər keçməsi aşkar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 515.0.3-cü maddəsinə əsasən ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri minimum həddə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1,43,114,115,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-911/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-911/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver