Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-912/2021 27.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Seyidli kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, 07.04.2021-ci il tarixdə Xaçmaz şəhəri, B.Sərdarov küçəsində X1 məxsus evin giriş qapısının çöl hissəsindən 9 ədəd ümumi dəyəri 300 manat olan dəmir borunu oğurlamaqla yəni özgənin əmlaklarını xırda talamışdır. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Həmin əmlakları oğurlayıb metalloma satmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, qeyd olunan epizod üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində həbs inzibati tənbeh növü təyin olması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsa alınsın. Həbsdə saxlama müddətinin əvvəli 25 sentyabr 2021-ci il tarixdən saat 20-00-dan hesablansın. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-912/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-912/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver