Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-912/2022 17.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 22 avqust 1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmış, Xaçmaz şəhəri, Ə.Haqverdiyev küçəsi 2 A saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 19 iyul 2012-ci il tarixli, 2(067)-1057/2012 saylı qətnaməsinə əsasən borclu Şəxs 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 60 manat olmaqla cəmi 180 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Həmçinin Xaçmaz rayon məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(067)- 1619/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla cəmi 330 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Məhkəmə qətamələri icraya yönəldilmişdir. Lakin borclu Şəxs oğlu icra sənədlərini üzürsüz səbəbdən icra etməməklə onun ümumilikdə 8628 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 19 iyul 2012-ci il tarixli, 2(067)-1057/2012 saylı qətnaməsinə əsasən borclu Şəxs 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 60 manat olmaqla cəmi 180 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin Xaçmaz rayon məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(067)-1619/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla cəmi 330 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri icraya yönəldilmişdir. Məhkəmə qətnamələri üzrə verilmiş icra sənədlərinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs oğlunun hazırda tələbkar X8 qızına olan ümumilikdə aliment borcu 8628 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 19 iyul 2012-ci il tarixli, 2(067)- 1057/2012 saylı qətnaməsinə əsasən ondan 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 60 manat olmaqla cəmi 180 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Həmçinin Xaçmaz rayon məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(067)- 1619/2020 saylı qətnaməsinə əsasən ondan 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla cəmi 330 manat miqdarında alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, yeni icra sənədi üzrə müəyyən edilmiş 330 manat aliment məbləğini vaxtaşırı ödəyir, lakin əvvəlki icra sənədi üzrə qalmış aliment borcunu ödəməyə maddi imkanı çatmır. Ancaq həmin borcu da hər ay təqaüdçü anasının köməkliyi ilə hissə-hissə ödəyəcəkdir. Odur ki, hazırki maddi vəziyyəti və himayəsində təqaüdçü anasının olması nəzərə alınmaqla barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin olunmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs qızı göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 19 iyul 2012-ci il tarixli, 2(067)-1057/2012 saylı qətnaməsinə əsasən borclu Şəxs uşaqları- 02 iyul 2006-cı il təvəllüdlü X2, 07 aprel 2008-ci il təvəllüdlü X5 və 14 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 60 manat olmaqla cəmi 180 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmçinin Xaçmaz rayon məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(067)-1619/2020 saylı qətnaməsinə əsasən borclu Şəxs 3 uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla cəmi 330 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri icraya yönəldilmişdir. Lakin keçən müddət ərzində mütəmadi olaraq aliment ödənişlərindən yayınmış, alimenti tam şəkildə ödəməmiş, əvvəlki icra sənədi üzrə aliment borcundan heç bir ödəniş etməmişdir. Şəxs oğlu barəsində şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 17 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-912/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-912/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver