Məhkəmə qərarları › İş №3(067)-913/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-913/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-913/2020 07.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1963-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri M.F.Axundov küçəsi ev 33-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-325/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1130 manat məbləğində pulun alınaraq tələbkar X1 ödənilməsi qət olunmuşdur. Borclu Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs bu günə kimi hər hansı bir məbləği ödəməmişdir, hal-hazırda onun ödənilməmiş 1130 manat borcu vardır. Məhkəmədə izahat verən Şəxs bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-325/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1130 manat məbləğində pulun alınaraq tələbkar X1 ödənilməsi qət olunmuşdur. Onun halhazırda onun ödənilməmiş 1130 manat borcu vardır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(067)- 2459/2019 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X4 birgə qaydada 11200 manat məbləğində pulun alınaraq tələbkar Nəsirov Fərhad Zöhrab oğluna ödənilməsi qət olunmuşdur. Borclu Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs bu günə kimi hər hansı bir məbləği ödəməmişdir, hal-hazırda onun ödənilməmiş 5600 manat borcu vardır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 325/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1130 manat məbləğində pulun alınaraq tələbkar X1 ödənilməsi qət olunmuşdur. Borclu Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs bu günə kimi hər hansı bir məbləği ödəməmişdir, hal-hazırda onun ödənilməmiş 1130 manat borcu vardır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxxx» ASC Rusiya Federasiyasına qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olamamısını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəsəsini nəzərə almaqla, onun barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Hümbətov X2 Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar