Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-913/2024 05.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, M.Məhəmmədov küçəsi, ev 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1203/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs yaranmış 11616 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi icra şöbəsinə 2014-cü il tarixdə daxil olmuşdur. Həmin icra sənədi üzrə Şəxs hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra şöbəsi tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Borclu 2018-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilmiş, 2020-ci il tarixdə barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Xaçmaz RPŞ-yə göndərilmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən borclu xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş və izahatı alınmışdır. İzahatında bildirmişdir ki, tələbkarın xeyrinə cəmi 950 manat ödəniş etmiş və onun ödənilməmiş 11616 manat aliment borcu yaranmışdır. Əlavə olaraq inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, iki il yarım Rusiyada məhkumluq həyatı yaşamışdır. İyul ayının 5-də cəzadan azad olunmuş, 2 avqust tarixində isə hava limanında saxlanılmış, 2 gün şöbədə qalmışdır. O, qazanc əldə etmək üçün Rusiyaya getmişdir. Uzun müddətdir azadlıqda olmadığından aliment borcu yaranmışdır. Azadlıqda qalarsa işləyərək aliment borcunu ödəyəcəyinə söz verir. İş yeri ilə razılaşmışdır, yaranmış aliment borcunun bir hissəsini yaxın zamanda ödəyəcəkdir. Düşdüyü vəziyyətə görə səmimi peşmandır. İnzibati xəta haqqında protokolun təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuşdur. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1203/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən iddiaçı X3 cavabdeh Şəxs qarşı nikahın pozulması və himayəsində olan bir uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tələbi haqqında mülki işin baxılması tərəflərin barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə təxirə salınmış və işin baxılması 05 noyabr 2014-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılana qədər cavabdehdən müvəqqəti olaraq hər ay sabit pul şəklində 103 manat miqdarında aliment tutularaq xx.xx.2010-cu il tarixdə doğulmuş Qızılgülün saxlanılması üçün X4 verilməlidir. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 21 may 2014-cü il tarixdən hesablanmaılıdr. İş materiallarından görünür ki, 15 sentyabr 2014-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, Xaçmaz RPŞ tərəfindən 780259 nömrəli axtarış işi üzrə xx.xx.2020-ci il tarixdən axtarış elan olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında icra məmuru tərəfindən xəbərdarlıq edildiyini bildirərək hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməli olduğunu etiraf etmişdir. İş materiallarında olan borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı bir gəlir və əmlakının olmadığı müəyyən olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxx 1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, M.Məhəmmədov küçəsi, ev 12-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən, saat 15:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-913/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-913/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver