Məhkəmə qərarları › İş №3(067)-914/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-914/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-914/2022 18.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Xaçmaz rayonu Qımıl-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonu Qımıl-Qışlaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Quba rayon məhkəməsinin 01 may 2017ci il tarixli, 2(027)-1530/2017 saylı və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-7486/2019 saylı icra vərəqələrini təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)-1530/2017 saylı icra sənədinə əsasən borclu Şəxs 12 oktyabr 2009-cu il təvəllüdlü X2, 21 oktyabr 2011-cü il təvəllüdlü X4 və 18 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-7486/2019 saylı icra sənədinə əsasən Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)- 1530/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, borclu Şəxs 12 oktyabr 2009-cu il təvəllüdlü Əmirəliyeva Mətanət Mənsur qızı, 21 oktyabr 2011-cü il təvəllüdlü X4 və 18 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq 140 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs aliment borcundan tələbkara yalnız 1000 manat ödəniş etmiş qalan alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 16580 (on altı min beş yüz səksən) manat aliment borcu vardır. Məhkəmə qətnamələri icraya yönəldilmiş, lakin borclu Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməməklə onun 16580 (on altı min beş yüz səksən) manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, icra məmuru X8 göstərdi ki, Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)-1530/2017 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 12 oktyabr 2009-cu il təvəllüdlü X2, 21 oktyabr 2011-cü il təvəllüdlü X4 və 18 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-7486/2019 saylı icra sənədinə əsasən Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)- 1530/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, borclu Şəxs 12 oktyabr 2009-cu il təvəllüdlü X2, 21 oktyabr 2011-cü il təvəllüdlü X4 və 18 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq 140 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 16580 (on altı min beş yüz səksən) manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcu ilə əlaqədar o, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılaraq borcunu ödəmədiyəcəyi təqdirdə barəsində görüləcək tədbirlərlə bağlı ona xəbaərdarlıq edilmişdir. Lakin borclu hal-hazırki günədək yaranmış aliment borcu ilə bağlı yalnız 1000( bir min) manat ödəniş etmiş, qalan aliment borcunu ödəməkdən yayınır. İş üzrə tələbkar borcunu bir dəfəyə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)-1530/2017 saylı icra sənədinə əsasən ondan 3 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)- 7486/2019 saylı icra sənədinə əsasən Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)-1530/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, ondan 3 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq 140 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Belə ki, Quba rayon məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(027)- 1530/2017 saylı icra sənədinə əsasən onun 2020-ci ilin sentyabr ayına aliment artımına qədər 9600 manat aliment borcu vardır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(001)-7486/2019 saylı icra sənədinə əsasən isə o, bu günə kimi 1000 manat pul ödəniş etmiş və onun ödənilməmiş 6980 manat aliment borcu vardır. Bildirmişdir ki, fərdi əməklə məşğul olur və aylıq qazancı 300 manat təşkil edir. Maddi imkanı zəif olduğundan aliment borcunu ödəyə bilmir. Həmçinin onun aliment borcunu ödəməməkdə məqsədi tələbkarın uşaqları ona göstərməməsidir. Buna baxmayaraq o, rəsmi iş yeri olan kimi aliment borcundan ödəyəcəyinə söz verir. Törətmiş olduğu inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini bildirməklə barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 18 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 18 may 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar