Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-920/2023 23.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsindən Şəxs barəsində tərtib edilmiş 12 iyul 2023-cü il tarixli № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 12 iyul 2023-cü il tarixdə, saat 12:20 radələrində Xudat şəhəri Qayalı marketin qarşısında ** BN *** dövlət qeydiyyat nişanlı yük daşıma fəaliyyətini həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri (fərqlənmə nişanı) xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsinin əməkdaşlarına təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4- cü maddələrinə əsasən işə Şəxs və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Quba regional idarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552- ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati xəta hadisəsini törətməsinə işarə edən kifayət qədər dəlillər iş materiallarına əlavə edilməmişdir. Mühüm məsələ ondan ibarətdir ki, ** BN *** dövlət nömrə nişanlı avtomobilin Şəxs məxsus olmasına dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552,109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-920/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-920/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver