Məhkəmə qərarları › İş №3(067)-920/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-920/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-920/2025 11.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xaçmaz rayon Polis Şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 11 iyun 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir ondan ötrü ki, Şəxs o, 11 iyun 2025-ci il tarixdə saat 10:20 radələrində Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlədərək, iş rejimini pozmuşdur. Şəxs polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahatında göstərmişdir ki, Xaçmaz rayonu, Ustacəlli kəndində oğurluq hadisəsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Bununla bağlı Xaçmaz RPŞ-nin CAB-nin əməkdaşları hadisə yerinə getmişlər. Xaçmaz rayonu, Ustacəlli kənd sakini Şəxs Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət olunmuş, onunla söhbət aparılan zaman o, özünü qeyri səmimi apararaq verilən suallara cavab verməmiş iş otağında ünvansız küçə söyüşləri söyməyə başlamışdır. O, Polis Əməkdaşları tərəfindən nizam intizama dəvət olunsa da, o, buna məhəl qoymamışdır. Ona görə də Şəxs barəsində cinayət axtarış bölməsindən daxil olmuş məlumata əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, oğurluq hadisəsi baş verən gün onun izahatını almışlar. Sonradan səhər saat 9-da onu oğurluqda iştirak etməyi ilə bağlı sorğusual etməyə çağırmışlar. O, da bundan əsəbləşərək, həmin oğurluq hadisənin iştirakçısı olmadığını bildirmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxışında göstərmişdir ki, protokolu tərtib edən şəxs protokolu tərtib edərkən sübutları saxtalaşdırmaq məqsədilə tərtib etmişdir. Şəxsin şübhəli şəxs qismində izahatını İstintaq Bölməsinin müstəntiqi almalı idi. Protokolu əsassız hesab edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismindində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 09:45 radələrində Xaçmaz rayonu, Ustacəlli kənd sakini Qurbanov Hicran Şahbaba oğlunun evnidə baş vermiş oğurluq hadisəsi ilə bağlı həmin kənd sakini Şəxs oğurluqda şübhəli bilinməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Onunla söhbət zamanı o, onların suallarına düzgün cavab vermədən özünü qeyri-səmimi aparırdı. Xidməti otağında ünvansız küçə söyüşləri söyməyə başlamış və iş rejimini kobud sürətdə pozmuşdur. Onlar onu nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismindində dindirilmiş Xaçmaz rayon Polis Şöbəsinin CAB-nin əməkdaşı X2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 09:45 radələrində Xaçmaz rayonu, Ustacəlli kənd sakini Şəxs oğurluqda şübhəli bilinməsinə görə Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, isə cavabında “məni niyə bura gətirmisiz” deyərək aqressiv davranmışdır. Onlar onu nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymayaraq ünvansız söyüşlər söymüşdür. İş rejimini pozmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: xx xxxxxx 1985-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar