Məhkəmə qərarları › İş №3(067)-922/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-922/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-922/2025 11.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1978-ci il təvəllüdlü, Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 11 iyun 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, 11 iyun 2025-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları Xaçmaz şəhəri, Nəriman Nərimanov prospektində xidmətdə olan zaman Şəxs özünə məxsus avtomobili ilə yol nəqliyyat hadisəsi törətdiyini görərək ona yaxınlaşmış, lakin, bu zaman sonuncu taksiylə hadisə yerindən uzaqlaşaraq qaçmışdır. Polis əməkdaşları Şəxs tutmaq istəyərkən, sonuncu müqavimət göstərərək, nalayiq ifadələr işlətmiş və polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları sonuncunu məcburi qaydada Polis Şöbəsinə gətirmişlər. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xaçmaz rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 göstərmişdir ki, protokolu o, tərtib etməmişdir. Lakin hadisə barədə məlumatı vardır. Belə ki, barəsində icraat aparılan şəxs Heydər Əliyev prospektində öz avtomobili ilə səkiyə dəyərək qəza törətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq hadisənin necə baş verməsi barədə məlumat almaq istəyərkən, şəxs telefonla danışaraq başqa maşın çağırmış və hadisə yerindən qaçmışdır. Polis əməkdaşları onun ardınca gedib həmin vaxt polis əməkdaşlarını təhqir edərək küçə söyüşləri söymüşdür. xx.xx.2025-ci il tarixdə saat 04:00 radələrində sərxoş vəziyyətdə Xaçmaz şəhəri.H.Əliyev prospektində qəsdən polisin qanuni tələblərinə məhəl qoymamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törədilmiş xətada özünü təqsirli bilməyərək göstərmişdir ki, onu Polis Şöbəsində döymüş və ailəsini söymüşlər. Bundan sonra o, da söyüş söymüşdür. İçkili olmuşdur. Belə ki, onu maşını səkiyə dəyərək əzilmiş, o, da ailəsinə zəng vurub xəbərdar etmək istəyərkən PPX-nın polis əməkdaşları ona yaxınlaşmışlar. O, tefonla danışa-danışa onlardan aralanmış və evə getmək üçün taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Bu zaman Polis əməkdaşları da onun ardınca gələrək, onu məcbur şəkildə qolundan tutaraq Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində polis əməkdaşı X1 onu sanitar qovşağına aparmış və yerə yıxaraq döymüşdür. O, onlara heç bir güc tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon Polsi Şöbəsinin əməkdaşı X5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 05:00 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən yolun kənarında bir avtomobilin qəza törədərək işıq dirəyinin aşmasını görmüşlər. Qəza törədən şəxsə yaxınlaşaraq, məlumat almaq istədikdə onlara “mən ailəmlə danışıram, mənə imkan vermirsiz” deyərək telfonla danışa-danışa onlardan uzaqlaşmış və başqa avtomobilə əyləşərək çıxıb getmişdir. Həmin avtomobilin arxasınca getmişlər. Onlar hadisə yerinə YPX-nin əməkdaşlarını dəvət etmişlər. Həmin vaxt şəxs özünü itirmişdir. Onlar elə bilmişlər ki, hadisəyə görə belə hərəkətlər edir. Sonradan onlara məlum oldu ki, şəxs sərxoşdur. Onlar onun getdiyi avtobilə yaxınlaşanda həmin taksi sürücüsü onu düşürərək, özü çıxıb getmişdir. Onlar da onu Polis Şöbəsinə gətirmişlər. Xidməti otaqda küçə söyüşləri söyməyə başlamışdır. Onu nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon Polsi Şöbəsinin əməkdaşı X1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 05:00 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman bir “Prius” markalı avtomobilin işıq dirəyinə dəyərək, onu aşırdığını görüb hadisə yerinə yaxınlaşmışlar. Şəxsin sənədlərini təqdim etməsini bildirmiş, həmin şəxs ona telefonda saxta sənəd göstərmişdir. O, şəxsdən öz sənədini istəmiş, lakin, həmin vaxt şəxs telefonla kiməsə zəng vurmuş və danışa-danışa onlardan 10 metr məsafə olardı aralanaraq, qaçmağa çalışmışdır. Onlar şəxsi saxlamaq istədikdə o, buna əməl etməmiş və onları təhqir etməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, şəxs sərxoşdur. Onlar şəsx hadisə yerindən qaçdıqdan sonra ona fiziki güc tətbiq etmək məcburiyyətində qalmışlar. Lakin, onu döyməmişdir. Ola bilsin ki, şəxsin qolundan tutan zaman qolunu sıxmışdır. Gözünün göyərmə səbəbini bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 iyun 2025-ci il tarixli, 124 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununlа yаnаşı, məhkəmə hеsаb еdir ki, Şəxs 11 iyun 2025-ci il tarixdən, saat 05:00-dan inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа оnа təyin еdilmiş cərimə cəzаsı yüngülləşdirilməklə qəti məbləğ müəyyən еdilməlidir. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsində bu cür qаydаlаr müəyyən еdilməsə də, məhkəmə hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı Cinаyət Prоsеssuаl Qаnunvеriciliyində охşаr münаsibətləri nizаmа sаlаn nоrmаlаrı müvаfiq оlаrаq аnаlоgiyа üzrə burаdа tətbiq еdilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il Qərarında göstərilmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4. maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 11 iyun 2025-ci il tarixdən, saat 05:00-dan inzibаti qаydаdа tutulduğu müddət nəzərə аlınmаqlа, оnа təyin еdilmiş cərimə cəzаsının məbləği 100 (yüz) mаnаtа qədər аzаldılsın və üzərində 100 (yüz) manat məbləğində inizbati tənbeh saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar