Məhkəmə qərarları › İş №3(067)-923/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-923/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-923/2025 23.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, X2 iştirakı ilə, X2 Quba rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək Quba DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, DİN Quba rayon DYPB-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarını xx.xx.2025-ci il tarixdə almışdır. Həmin qərarla o əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.1-ci maddələri ilə inzibati xəta törətməyi ilə bağlı 100 manat cərimə olunmuşdur. Quba ASAN dairəsi adlanan ərazidə idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcına daxil olarkən qarşısındakı “Stop” nişanının tələbinə riayət edib avtomobili tam dayandırmış və yolda hərəkətdə olan heç bır nəqliyyat vasitəsi görmədiyi üçün hərəkətini davam etdirmişdir. Hüquqları pozulduğuna görə məhkəməyə müraciət edərək qeyd olunan qərarın ləğv olunmasını xahiş edir. Quba rayon DYPB-yə məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, yolayrıcını keçmə qaydalarının pozulması və yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı cərimə olunub. Quba ASAN dairəsi adlanan ərazidə idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcına daxil olarkən qarşısındakı “Stop” nişanının tələbinə riayət edib avtomobili tam dayandırmış və yolda hərəkətdə olan heç bır nəqliyyat vasitəsi görmədiyi üçün hərəkətini davam etdirmişdir. İnzibati xətanın törədilməsini təsdiq edən video diski ona təqdim etmədilər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon DYPB-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci, 327.1-ci maddələrinin tələblərini pozduğuna görə 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə tərəfindən Quba rayon DYPB-nin təqdim etdiyi videofayla baxış keçirilərkən X2 inzibati xətanı törətməsi videogörüntüdə öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Quba RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X2 Quba rayon DYPB-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə verilmiş şikayəti təmin edilməsin. Quba rayon DYPB-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar