Məhkəmə qərarları › İş №3(067)-924/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-924/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-924/2022 20.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Xaçmaz rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(067)-274/2022 saylı icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən, cavabdeh Şəxs və X2 hər birindən ayrıayrılıqda xx.xx.2021-ci ildən başlayaraq hər ay 70 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrasına xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Lakin, iş üzrə borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə bağlı iş üzrə borclu izahatında borcunu ödəmək imkanının olmamasını, hazırda özünün heç bir yerdə işləmədiyini, həmçinin onun həmin borcu ödəməyə fikri olmadığını bidirmişdir. Çünki, o, məhkəmənin qərarı ilə razı deyildir, bu səbəbdən də borcunu ödəmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, icra sənədi icraatda olduğu müddət ərzində Şəxs rəsmi qaydada şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. O, izahatında maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilmədiyini, hazırda özünün heç bir yerdə işləmədiyini göstərmiş, həmçinin onun həmin borcu ödəməyə fikri olmadığını bidirmişdir. Çünki, o, məhkəmənin qərarı ilə razı deyildir. O, bu günədək heç bir ödəniş etməmiş və ya heç buna cəhd də etməmişdir. Tələbkar isə dəfələrlə şöbəyə müraciət edərək icra sənədinin icrasının təmin edilməsini tələb etmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(067)- 274/2022 saylı icra sənədinə əsasən onun və X2 hər birindən ayrı-ayrılıqda xx.xx.2021-ci ildən başlayaraq hər ay 70 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Hazırda maddi vəziyyəti çox zəifdir, heç bir yerdə işləmir. Borcu ödəyə biləcək hər hansı əmlakı yoxdur. Həmçinin o, məhkəmənin qərarı ilə razı deyildir, ona görə də onun həmin borcu ödəmək fikri yoxdur. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs 420 manat aliment borcu pulun alınaraq ona verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(067)-274/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs və X2 hər birindən ayrıayrılıqda xx.xx.2021-ci ildən başlayaraq hər ay 70 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin Şəxs ünvanladığı xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Xaçmaz rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(067)-274/2022 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, borclu izahatında borcunu ödəmək imkanının olmamasını, hazırda özünün heç bir yerdə işləmədiyini, bu səbəbdən də borcunu ödəyə bilmədiyini, həmçinin o, məhkəmənin qərarı ilə razı olmadığından borcu ödəməkdən boyun qaçırdığını qeyd etmişdir. Beləliklə müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(067)-274/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs və X2 hər birindən ayrıayrılıqda xx.xx.2021-ci ildən başlayaraq hər ay 70 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində Şəxs rəsmi qaydada şöbəyə dəvət edilərək ona borcun ödənilməsi təklif edilmiş, lakin borc üzrə heç bir ödəniş edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Şəxs 20.05. 2022-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində izahat yazaraq borcunu ödəmək imkanının olmamasını, hazırda özünün heç bir yerdə işləmədiyini, bu səbəbdən də borcunu ödəyə bilmədiyini, həmçinin o, məhkəmənin qərarı ilə razı olmadığından borcu ödəməkdən boyun qaçırdığını göstərmişdir. Həmin vaxtdan da Şəxs tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı borclu Şəxs bu günədək heç bir ödəniş etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 528.1-cimaddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar