Məhkəmə qərarları › İş №3(067)-925/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-925/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-925/2020 27.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1980-cı ildə Xaçmaz rayonunun, Mirzəmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Mirzəmməd kəndində yaşayan X2 Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkoniki X1 Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkoniki X1 xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkovniki X3 tərəfindən X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4.4-cü maddəsi ilə 200 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixdə MN ******* saylı qərar tərtib olunmuşdur. X4 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkovniki X1 xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayəti belə əsaslandırmışdır ki, o, ünvan 1 A ünvanında yerləşən «ORBİTA servis» texniki mərəkəzində soyuducu aparatlar üzrə mexanik vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Xaçmaz şəhəri, N.nərianov küçəsi ilə hərəkət edərək iş yerinə gələrkən polis əməkdaşları onu saxlayaraqaq ondan SMS xidmətindən istifadə edib etməməsini soruşmuş, o, da öz növbəsində onun iş yerindən ona təqdim olunmuş icazə arayışını təqdim etsə də, polis əməkdaşı arayışa baxmayaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edərək onu 200 manat cərimə etmişlər.Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkoniki X1 xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 393 nömrəli arayışdan müəyyən olunur ki, X4 “Orbita Servis” texniki vəzifəsində soyuducu aparatları üzrə mexanik vəzifəsində çalışır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada plan tapşırıqları yerinə yetirir. X4 tərəfindən karantin recimi dövründə onun rəsmi fəaliyyətinə icazə verilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir və qeyd edilən arayış da bu halı təsdiq etmir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkoniki X1 xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar