Məhkəmə qərarları › İş №3(067)-926/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-926/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-926/2020 13.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz rayonunun, Niyaz-oba kəndində yaşayan X11 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1539/2013 saylı icra vərəqəsinə əsasən borclu X4 xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx xxxxxx 2000-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməsi qət olunmuşdur. X1 borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu X11 hər-hansı bir ödəniş etməmişdir, hal-hazırda onun ödənilməmiş 9000 manat aliment borcu vardır. Məhkəmədə izahat verən X11 törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1539/2013 saylı icra vərəqəsinə əsasən ondan xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx xxxxxx 2000-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin alınaraq X7 verilməsi qət olunmuşdur. Onun hal-hazırda ödənilməmiş 9000 manat aliment borcu vardır. Məhkəmədə izahat verən tələbkar X9 göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1539/2013 saylı icra vərəqəsinə əsasən borclu X4 xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx xxxxxx 2000-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət olunmuşdur. X8 hal-hazırda ödənilməmiş 9000 manat aliment borcu vardır. Məhkəmədə izahat vermiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)- 1539/2013 saylı icra vərəqəsinə əsasən borclu X4 xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx xxxxxx 2000-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməsi qət olunmuşdur. X1 borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu X11 hərhansı bir ödəniş etməmişdir, hal-hazırda onun ödənilməmiş 9000 manat aliment borcu vardır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, icra vərəqəsinə əsasən borclu X4 xx xxxxxx 2013-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx xxxxxx 2000-ci il təvəllüdlü X3 və xx xxxxxx 2001-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməsi qət olunmuşdur. X1 borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu X11 hərhansı bir ödəniş etməmişdir, hal-hazırda onun ödənilməmiş 9000 manat aliment borcu vardır. X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı iş»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasına qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, X10 cəza təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində həbs inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün həbs inzibati tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx xxxxxxx 2020-ci il saat 16:15-dən hesablansın. Qərarın surəti icra edilməsi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar