Məhkəmə qərarları › İş №3(067)-932/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-932/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-932/2024 12.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X18 Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 9100 manat pulu və Xaçmaz rayon məhkəməsinin 2(067)-1516/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 4680 manat pulu tələbkarın xeyrinə ödəməyərək icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan Xaçmaz rayon məhkəməsinin 2(067)-1516/2021 saylı icra sənədi icra şöbəsinə 2021-ci il tarixdə daxil olmuşdur. Həmin icra sənədi üzrə borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Həmçinin digər icra sənədi isə icra şöbəsinin icraatına daxil olmuşdur. Şəxs X1 xeyrinə 9100 manat məbləğində pul vəsaiti köçürülərək ödənilməlidir. Həmin icra sənədləri üzrə borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin bu günədək borclu tərəfindən qeyd olunan icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. İcra şöbəsi tərəfindən borclu barəsində 2024-cü ilin may ayında axtarış elan olunmuş və axtarış nəticəsində 09 avqust 2024-cü il tarixdə borclu Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. 12 avqust 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirmişdir ki, 2(067)-1516/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə zərərçəkmiş şəxs yaranmış aliment borcunu tələb edir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilir və 01 avqust tarixdən X19 işə girdiyini, 840 manat məbləğində əmək haqqı aldığını və hər ayın 15-dən Bibixanım Məmmədovanın xeyrinə 100 manat ödəniş edəcəyini, həmçinin digər icra sənədi üzrə də ödəniş edəcəyini bildirmişdir. Lakin bu günədək tələbkarların xeyrinə heç bir ödəniş etməmişdir. Barəsində hazırkı icra sənədlərinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Övladının 8 yaşı vardır. Sonuncu dəfə 2023-cü il tarixdə görmüşdür. O, uşağın məktəbi üçün geyim almışdır, lakin işləmədiyi üçün ödəniş edə bilməmişdir. 15 avqust tarixdə əmək haqqının yarısını alacağını bildirərək barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2017-ci il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin borclu olduğunu bildirmişdir. 1 ildir yalan vədlər verərək pulu verəcəyinə söz vermişdir. Məhkəməyə müraciət etdikdən sonra qətnamənin icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İcra məmuru borclunun axtarışda olduğunu bildirmişdir. O, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin həbs edilməməsini, lakin heç olmasa pulunun yarısını tələb etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X13 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 9100 manat pul, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınaraq iddiaçı X2 verilməlidir. -12 mart 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən 2(067)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - 12 mart 2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxs almışdır. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1516/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs ilə X11 arasında X12 xx.xx.2015-ci il tarixdə bağlanmış 567 №li nikah qeydi pozulsun. 23 may 2016-cı il təvəllüdlü X8 anası X4 yanında saxlanılsın. 23 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 may 2021-ci il tarixdən başlayaraq hər ay 120 manat məbləğində sabit alimentin Şəxs alınaraq X9 verilsin. İddiaya görə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. - xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən 2(067)-1516/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. -xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş, xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - Xaçmaz RPŞ tərəfindən xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş məktubun surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 124223/2022-26-12-006 nömrəli axtarış qərarı üzrə ünvan 1-də qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Şəxs barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 780698/24 nömrəli axtarış elan edilmişdir. - xx.xx.2024-cü il tarixdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, qeyd edilən icra sənədləri üzrə bu günədək tələbkarların xeyrinə heç bir ödəniş etməmişdir. Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)- 1516/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 4680 manat borcu yaranmışdır. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəyə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, borcun məbləğini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarların çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on gün) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 12 avqust 2024-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar