Məhkəmə qərarları › İş №3(067)-934/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-934/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-934/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Xaçmaz RPŞ-nin əməkdaşı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Zərdabi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair toplanmış materiala baxaraq müəyyən etdi: Şəxs 29.09.2021-ci il tarixdə sərxoş vəziyyətdə keçmiş həyat yoldaşı Aytənin ünvanına nalayiq ifadələr işlətmiş, habelə polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək, baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN № ******* saylı 30 sentyabr 2021-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, 16.07.2021-ci il tarixdə Xudat PB-nin inzibati binasında polis əməkdaşlarını söyüb təhqir edərək, qanuni tələblərinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, 29.09.2021-ci il tarixdə sərxoş vəziyyətdə keçmiş həyat yoldaşı Aytənin ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra polis şöbəsinə dəvət olunduqdan sonra, orada polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, inzibati xətanı əsəbi olduğundan törətdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 29.09.2021-ci il tarixdə sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşlarının və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarla sübuta yetirilmişdir ki, Şəxs polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ciu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz gün) müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il saat 00:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsində həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar