Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-935/2024 13.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X2 iştirakları ilə xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir Belə ki, həmin inzibati xəta haqqında protokol dan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1488/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6000 (altı min) manat məbləğində pul X1na verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 göstərdi ki, iddiaçı X2 cavabdeh Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş Şəxs 7650 manat məbləğində pul və hüquqqi yardıma görə 50 manatın alınaraq X4 verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və şikayət qimsən təmin olunaraq 6000 manatın tutulması təmin edilmişdir. Qətnamədən cavabdeh Şəxs kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəsinin 16 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellasyia Məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 16 mart 2021-ci tarixdə qüvvəyə minmişdir. Lakin Şəxs 6000 manat məbləğində pulu X1nun xeyrinə qərəzli olaraq ödəniş etməmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törənmiş xətada özünü təqsirli bilərək göstərdi ki, işləmədiyinə borcunu ödəyə bilmir. Tələbkara aylıq 400-500 manat ödəniş edə bilər. Lakin tələbkar bununla razılaşmır, tam olaraq məbləği ödəməyini tələb edir. Hazırda tələbkara olan borcundan 300-400 manat məbləğində ödəniş edə bilər. X1 iş üzrə izahatında göstərmişdir ki, borclu ona 6000 manat məbləğində olan borcunu ödəmədiyinə görə 500 manat cərimə olunmuşdur. Daha sonra təkrarən 500 manat cərimə edilmiş lakin, ona olan borcunu ödəməmişdir. Ona görə də Apellyasiya şikayəti vermiş, şikayəti təmin olunaraq borcluya 8 gün həbs verilmişdir. Lakin borclu bundanda nəticə çıxarmayaraq borcunu qərəzli olaraq ödəmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(105)- 1488/2020 saylı icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh Şəxs mühərrikin dəyəri 3700 manat, köhnə mhərrikin təmiri üçün alınmış 300 manat və vurulmuş ziyana görə 2000 manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul X1na verilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında 03 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1488/2020 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 03 may 2021-ci il tarixdə icraata başlanılmış və böyük icra məmuru X6 tərəfindən icraata qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 03 may 2021-ci il tarixli, 104580/2021-26-12-0 nömrəli bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(105)-1488/2020 saylı icra sənədi üzrə borclu Şəxs 03 may 2014-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Xaçmaz rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 3(067)-600/2021 saylı qərarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 3(067)-498/2023 saylı qərarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 3(105)-255/2023 saylı qərarından müəyyən olunur ki, zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xaçmaz rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 3(067)-600/2021 saylı qərarı 10 aprel 2023 tarixli qərarı dəyişdirilmiş və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri ilə əvəz edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz rayonu, Qaraçı kəndinə yaşayan borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 13 avqust 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 13 avqust 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-935/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-935/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver