Məhkəmə qərarları › İş №3(067)-939/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-939/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-939/2020 29.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X2 iştirakı ilə, xx.xx.1966-cı ildə Şamaxı rayonunun, Mərəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Niyazoba kəndində yaşayan X3 Xaçmaz rayon polis şöbəsinin rəis müavini polis polkoniki X1 Xaçmaz rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon DYPŞ-si tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmasına dair xx.xx.2020-ci il tarixdə TP ******* saylı qərar tərtib olunmuşdur. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 21-22 radələrində Xaçmaz rayonunun Nizova kəndi ərazisi yolunda X6 özünə məxsus olan avtomaşını yüksək sürətlə idarə edərkən ona məxsus olan 1 ədəd iribuynuzlu heyvanını vurmuş və nəticədə həmin heyvan hadisə yerində ölmüşdür. Həmin vaxt o, hadisə yerində olarkən Namiq günahın özündə olduğunu etiraf etmiş və bildirmişdir ki, o, öz maşınını özü təmir etdirəcəkdir ki, o da ondan heyvanın pulunu istəməsin. Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşları da Namiqin avtomaşını yüksək sürətlə idarə etdiyini müşahidə etmiş və getmişlər. Lakin bu hadisədən bir neçə ay sonra qarşı tərəf X8 rayon məhkəməsində iddia qaldırmış və ondan avtomaşına dəymiş ziyanının tutulmasını xahiş etmiş və Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməklə ondan 1598 manat məbləğində pulun, sənədlərin təsdiq edilməsi üçün ödənilmiş 15 manat, 30 manat dövlət rüsumununun alınaraq ona ödənilməsi qət edilmişdir. O, həmin qətnaməni aldıqda ona məlum olmuşdur ki, Xaçmaz rayon Pİ-nin DYPŞ tərəfindən onun barəsində protokol tərtib edilmiş və 40 manat məbləğində cərimə olmuşdur. Halbuki ondan bu vaxta kimi bu pulu heç kim tələb etməmiş və qərar ona göndərilməmişdir. Yalnız 2-3 gün bundan qabaq o, Xaçmaz rayon Pİ-nin DYPŞ-nə müraciət edərək həmin qərarın surətini götürmüşdür və hazırkı şikayəti təqdim edir. Hesab edir ki həmin qərar qanunsuz və əsssızız olduğu üçün Xaçmaz rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Xaçmaz rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar