Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-941/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X4 və İnzibati xəta haqqında protokol tərtib edən şəxs Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən 05 avqust 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Şəxs MMC 2023-cü ilin dekabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********0722 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar “FRUİTGARDEN" MMC-nin hal-hazırda fəaliyyət göstəribgöstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi səxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Lənkəran rayonu, Saqlaser kəndi olduğu, fəaliyyətinin aktiv olduğu və rəhbərinin Nümayəndə oldudu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (Lənkəran rayonu, Saqlaser kəndi) ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2-001989/2024 saylı bildiriş və şirkətin rəhbəri Nümayəndə yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33- 1700/2- 002395/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********0722 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsait Şəxs MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2023-cü ilin dekabr avında **********0722 nömrəli gömrük bəyannaməsi üzrə 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Lənkəran rayonu, Saqlaser kəndində qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 6161,46 (altı min yüz altımış bir manat aırx altı qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X5 iş üzrə izahatında göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin dekabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********0722 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan ümumilikdə 3624,39 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin VAİS-dən əldə olunmuş məlumata əsasən "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Lənkəran rayonu, Şağlaser kəndi olduğu, fəaliyyətinin aktiv olduğu və rəhbərinin Nümayəndə olduğu məlum olmuşdur. Bundan sonra Şəxs MMC-nin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700\2- 001989\2024 saylı bildiriş və şirkətin rəhbərinin yaşadığı ünvana xx.xx.2024-cü il tarixli 3- 33-1700\2-002395\2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan ümumilkdə 3624, 39 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesbaına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsinin təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmiş və protokolla tanış olmamışdır. 180 gün ərzində şirkət ixrac etdiyi malların müqabilində müvəkkil olduğu bankın hesabına vəsait köçürməli idi. Lakin MMC tərəfindən heç bir ödəniş olunmamışdır. 180-ci gün artıq inzibati xəta hesab olunduğundan barəsində protokol tərtib olunmuşdur. Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın mqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti az miqdarda təşkil etmiş və nəticədə FRUİTGARDEN” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, tərtib olunmuş 05 avqust 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC 2023cü ilin dekabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********0722 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC-nin qeydiyyatda olduğu (Lənkəran rayonu, Saqlaser kəndi) ünvana xx.xx.2024cü il tarixdə 3-33-1700/2-001989/2024 saylı bildiriş və şirkətin rəhbəri Nümayəndə yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33- 1700/2-002395/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********0722 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 3624,39 ABŞ dolları (6161,46 manat) məbləğində vəsait Şəxs MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Bundan başqa iş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli Konsiqnasiya əməliyyatları üzrə hesabatdan müəyyən olunur ki, idxalatçı Şəxs **********0722 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində köçürməli olduğu 3624,39 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta - 3624,39 ABŞ dolları dəyərinin 30%-i, yəni 1087.317 ABŞ dolları məbləğində (qərarın icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla alınaraq) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-941/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-941/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver