Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-945/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il təvəllüdlü, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonu, Qaraçı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, ünvan 1 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü X2 diz oynağının əzilməsi və ünvan 2 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü X1 baldırın əzilməsi diaqnozlari ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına daxil olmaları barədə Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Fakt üzrə təhqiqat aparılmış və Xaçmaz rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı X10 20 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X5 və X3 yol nəqliyyat hadisəsi zamanı xəsarət almaları əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs əməlində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 327.2. və 327.8-ci maddələrinin əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri gorülməsindən ötrü Xaçmaz rayon X17 X23 gondərilmişdir. Qeyd olunan fakt üzrə Xaçmaz rayon X24 X19 polis kapitanı X13 tərəfindən 24 may 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı qismən etiraf etməklə göstərmişdir ki, bu ilin mart ayında Ş.Sultanov küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişdiyi küçədə dayandığı vaxt digər avtomobil onu dayandığı yerdə vurmuşdur. Həmin vaxt yol hərəkətdə olan “Priora” markalı avtomaşının olmuş, lakin o, yolu tam görmək üçün idarə etdiyi avtomobili yolun hərəkət hissəsinə çıxardığı üçün həmin avtomobil onu sol tərəfdən vurmuşdur. Hadisə zamanı o, xəsarət almamışdır Digər avtomobildə olan qadın sərnişinlər yüngül xəsarət almışlar. Onlara xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar. O, cərimə olunmuş, lakin həmin qərar ona verilməmişdir. Cəriməni ödəməmiş, yaxın vaxtda ödəyəcəkdir. Cərimə yazılan vaxt sürücülük vəsiqəsini ondan götürmüşlər. Onun iş yeri yoxdur, kənd təsərrüfatı ilə məşğul olur. Avtomobil qardaşınındır, o, avtomaşını etibarnamə əsasında idarə edir. Beləliklə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 24 may 2025-ci il tarixli İXP ******* saylı protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “QAZ 3110 102 minik” markalı, ** NP *** dövlət nömrə nişanlı avtomaşın X7 məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki, X8 “QAZ 3110 102 minik” markalı, ** NP *** dövlət nömrə nişanlı avtomaşına dair X11 etibarnamə vermişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin polis kapitanı X9 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından müəyyən olunur ki, Şəxs 01 mart 2025-ci il tarixdə saat 17:00 radələrində Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində “QAZ 3110 102 minik” markalı, ** NP *** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozduğuna görə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati tənbeh növü təyin edilmişdir. İş materiallarında olan “MTE və PA” X18 şəxsi Xaçmaz rayon şöbəsinin xx.xx.2025ci il tarixli 120 saylı rəyindən müəyyən olunur ki, X6 xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələn xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “MTE və PA” X18 şəxsi Xaçmaz rayon şöbəsinin xx.xx.2025ci il tarixli 121 saylı rəyindən müəyyən olunur ki, X4 xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələn xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 24 may 2025-ci il tarixli, İXP ******* saylı protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-945/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-945/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver