Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-946/2020 22.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxx 1982-ci ildə Xaçmaz şəhərində anadanolmuş, AzərbaycanRespublikasınınvətəndaşı, subay, ortatəhsilli, deməsinə görəəvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 5 ədəd göyərçini oğurlamaqla ona ümumilikdə 40 manat məbləğində maddi zərər vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X4 göstərdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 5 ədəd göyərçini oğurlamaqla ona ümumilikdə 40 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, quşçuluqla məşğul olur. Bir neçə ay bundan əvvəl bir neçə ədəd göyərçin almış, sonra həmin göyərçinlərdən 5 ədədi onunla bir qonşuluqda yaşayan və quşçuluqla məşğul olan Zərərçəkmiş şəxs həyətinə uçmuşdur. Buna görə də o, Hüseynbalanın yaşadığı ünvana gedərək ondan quşlarını tələb etmiş, lakin o, göyərçinləri ona verməmişdir. Buna görə də o, xx xxxxxxxx 2020-ci il tarixdə onların həyətinə gizli yolla daxil olaraq həmin 5 ədəd göyərçini onun yaşadığı evin həyətindən götürərək evinə gətirmişdir. Hərəkətindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, inzibati xəta törətmiş şəxs Şəxs onunla qonşuluqda yaşamaqla həyətində göyərçin quşları saxlayır. O, da öz həyətində göyərçin saxlayır. Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə onun həyətindən 5 ədəd göyərçinlərini oğurlamaqla ona ümumilikdə 40 manat məbləğində maddi zərər vurmuşdur. Ona dəymiş zərər inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməmişdir. Hazırda Şəxs şikayətçi olmaqla onun cəzalandırlmasını xahiş edir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis, polkovnik-leytenantı X3 xx xxxxxxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirirək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta əməlini törətməsini, törətdiyi xətanı etiraf edib səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbehlərdən ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-946/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-946/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver