Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-946/2025 17.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin Şimal Regional X5 İdarəsinin 11 mart 2025-ci il tarixli, MN seriyalı, 1773882nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin Şimal Regional X5 İdarəsinin 11 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxilolmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı qanunla müəyyən edilmiş müddətin ötürüldüyü müəyyən olunmuşdur. Belə ki, 11 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürülərək xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət daxil olmuş, eyni zamanda şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün olmadığından şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardanşikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1-ci inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2-ci inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardanverilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə olan halda X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin Şimal Regional X5 İdarəsinin 11 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Xaçmaz rayon məhkəməsinə verdiyi şikayəti qəbul edilmədən onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin Şimal Regional X5 İdarəsinin 11 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət icraata qəbul edilməsin vəX4oğluna geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddanşikayətveriləbilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-946/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-946/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver