Məhkəmə qərarları › İş №3(067)-947/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-947/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-947/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Hüquqi şəxs Şəxs direktoru X4 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemində 09 aprel 2024-cü il tarixində ixrac edilmiş baza məlumatlarına əsasən elektron informasiya sisteminə daxil edilmiş işçilərin əmək müqavilələri bildirişlərində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğindən (345 manat) aşağı ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan əmələ görə X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2024-cü il tarixli MN ******* saylı qərarı ilə vəzifəli şəxs X4 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 1200 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. Bundan sonra hüquqi şəxs Şəxs direktoru X4 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-98067/2024 nömrəli məktubunda nəzərdə tutuİmuş tədbirlərin görülməməsinə görə X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə 04 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, 04 iyun 2025-ci il tarixli MN ******* saylı qərarla aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin səlahiyyətli nümayəndəsi X7 izahatında göstərmişdir ki, Şəxs direktoru X4 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemində 09 aprel 2024-cü il tarixində ixrac edilmiş baza məlumatlarına əsasən elektron informasiya sisteminə daxil edilmiş işçilərin əmək müqavilələri bildirişlərində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğindən (345 manat) aşağı ödənildiyi müəyyən edildiyinə görə X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2024-cü il tarixli MN ******* saylı qərarı ilə vəzifəli şəxs X4 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 1200 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmiş, lakin cərimə ödənilməmişdir. Ona görə də hüquqi şəxs Şəxs direktoru X4 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-98067/2024 nömrəli məktubunda nəzərdə tutuİmuş tədbirlərin görülməməsinə görə X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə 04 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, 04 iyun 2025-ci il tarixli MN ******* saylı qərarla aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Şəxs elektron sistemi vardır və qeyd olunan protokoldan məlumatları vardır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən iş üzrə toplanmış materialın kifayət olması qənaətinə gələrək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırmasında tam sübuta yetirilmişdir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. İş materiallarında olan X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2024-cü il tarixli MN ******* saylı qərarından görünür ki, Şəxs direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 17-5/2-98067/2024 saylı məktubdan görünür ki, X4 barəsində X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla tətbiq edilmiş 1200 manat məbləğində inzibati cərimənin X2 əmək haqqından tutulmasının təmin edilməsi, tutulma barədə rübdə 1 dəfə məlumatın və tutulmanın başlanması barədə təsdiq edici sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Quba-Xaçmaz regional Şöbəsinə göndərilməsi tələb edilmişdir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 1200 manat inzibati cərimənin icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona həvalə edilmiş tədbirlər görməmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X4 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X6 Xidmətinin Bakı şəhər idarəsinin 28 dekabr 2024-cü il tarixli 3-17-5/2- 98067/2024 nömrəli məktubunda nəzərdə tutuİmuş tədbirlərin görülməməsinə görə X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, məhkəmə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 40, 48-51, 114, 128-130-cu maddələrinə əsaslanaraq, məhkəmə QƏRARVERDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar