Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-953/2020 10.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının iştirakı ilə, xx.xx.1959-cu ildə Xaçmaz rayonunu Yalama kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, K. Zavod qəsəbəsi 1, m.14 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏ N ETDİ : Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X1 xx xxxx 2018-ci il tarixli, MN ******* nömləsi qərarına əsaəsn İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunmasına baxmayaraq o, qeyd olunan cəriməni ödəmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahatı alınmış inzibati xəta törədən şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, Azərbaycan Respublikasıi İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə əsasən o, cərimə olunmasına baxmayaraq qeyd olunan cəriməni ödəməmişdir. Məhkəmə iclasında izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Şəxs Azərbaycan Respublikasıi İXM-nin 271-ci maddəsinə əsasən cərimə olunmasına baxmayaraq o, qeyd olunan cəriməni ödəmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X1 xx xxxx 2018-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən İXM-nin 271-ci maddəsi ilə ödəməli olduğu 1900 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməlidir. X2 icra sənədi üzrə 2000 manat məbləğində cərimə cərimə cəzasına məhkum edilmişdir. Tətbiq edilən 2000 manat cərimədən 100 manatı ödənilmiş, qalan 1900 manat isə bu günə kimi ödənilməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqındaprotokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinib, ona 180 (yüz səksən) saat müddətində ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-953/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-953/2020
10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver