Məhkəmə qərarları › İş №3(067)-959/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-959/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-959/2020 27.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1960-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Müzəffər-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Müzəffər-oba kəndində yaşadığı evin yaxınlığında su üstündə həmkəndlisi X2 döymüşdür. Məhkəmədə izahat vermiş Şəxs inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin həyətində əkdiyi ağac qələmlərini suluyan zaman arxdan gələn su kəsildiyini görüb suyun qarşısını açmaq üçün küçəyə getmişdir. Həmin vaxt Ağbəniz bel ilə suyun qarşısını kəsdiyini və suyu öz həyətinə yönəldiyini görmüşdür. O, Ağbənizə yaxınlaşaraq su növbəsinin onların olduğunu, öz növbəsini gözləməsini və suyu açmasını ona bildirmişdir. Lakin, Ağbəniz suyu açmamışdır. Ona görədə o, həyətindən gətirdiyi bel ilə suyu açsada, Ağbəniz bağlamışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Ağbənizi tutub kənara itələmişdir. Sonradan onların yanına həyat yoldaşı Nəsrəddin gəlmişdir. Ağbəniz həyat yoldaşı Nəsrəddini görən kimi qışqıraraq üstünə getmişdir. O, qadın olduğu üçün Nəsrəddin ona fikir verməyərək kənara qaçmışdır. O, Ağbənizi yalnız tutub kənara itələmişdir, Ağbənizi döymədiyini və ona hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X4 ifadə verərək göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun həmkəndlisidir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində arxdan gələn su ilə həyətinə əkdiyi bostanı suluyan zaman Nəsrəddin bel ilə suyun qarşısını kəsərək, öz həyətinə su apardığını bildirdikdə, cavabında o, Nəsrəddinə suyu çətinliklə həyətinə gətirdiyini, su növbəsinin onun olduğunu bildirmişdir. Bu zaman Nəsrəddin bel ilə onu kənara itələmişdir.həmin vaxt Nəsrəddinin əli belin sapı ilə onun sifət nahiyyəsinə dəymişdir. O, müavizətini itirib yerə yıxılmışdır. Həmin vaxt Səriyyə onların yanına gəlmiş, Səriyyə də suyun qarşısını kəsdiyi üçün o, ayağa qalxıb onun yanına getmişdir. Bu zaman Səriyyə onun ünvanına nalayiq söyüşlər söyüb saçından tutaraq yolmağa başlamışdır. O, çətinliklə onların əlindən çıxıb evinə getmişdir. Bundan sonra o, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə hadisə barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Tel kəndində küçədə həmkəndlisi X3 itələyib yerə yıxaraq qəsdən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin tam sübuta yetirildiyini hesab edir. Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar