Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-960/2025 16.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(067)-771/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinərək barəsində 350 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, ünvan 1ində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 16 iyun 2025-ci il tarixdə saat 11 radələrində ünvan 1ində Qurbanov Hicran Şahbala oğlunun yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılmasından ötrü yaşadığı kənddən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində polis şöbəsinə dəvət edilərkən o, oğurluq hadisəsi baş vermiş evin sahibinin, sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis şöbəsinə getməkdən imtina etmiş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, hüquqazidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs 16 iyun 2025-ci il tarixdə saat 11 radələrində ünvan 1ində Qurbanov Hicran Şahbala oğlunun yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılmasından ötrü yaşadığı kənddən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində polis şöbəsinə dəvət edilərkən o, oğurluq hadisəsi baş vermiş evin sahibinin, sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis şöbəsinə getməkdən imtina etmiş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, hüquqazidd hərəkətlərini qərəzli şəkildə davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 16 iyun 2025-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 1i ünvanında evində olarkən mobil telefonuna polis əməkdaşı zəng edib, harada olması ilə maraqlanaraq onu polis şöbəsinə dəvət etmişdir. O, həmin polis əməkdaşına evdə işlərini qaydasına qoyub əynini dəyişərək polis şöbəsinə gələcəyini bildirmişdir. Sonra polis əməkdaşları avtomobilləri ilə onun olduğu ünvana gəlmiş və o, polis əməkdaşlarının avtomobilinə əyləşərək polis şöbəsinə getmişdir. Lakin o, nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verməmişdir. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Rahim oğlu göstərdi ki, 31 may 2025-ci il tarixdə Xaçmaz rayonunun Ustacəlilli kənd sakini Qurbanov Hicran Şahbala oğlunun evində baş vermiş cinayət hadisəsi ilə əlaqədar 16 iyun 2025-ci il tarixdə saat 11 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ustacəlilli kəndində xidmətdə olarkən, həmin hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Şəxs yaxınlaşaraq özlərini təqdim etməklə hadisə ilə bağlı onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Şəxs onlara polisə gəlmək istəmədiyini, bununla bağlı bir dəfə polis şöbəsinə dəvət edilərək izahatının alındığını, hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirməklə aqressivlik göstərib kobud rəftar etməyə başlamış, ona əlavə araşdırmaların aparılması və müəyyən faktların araşdırılması ilə bağlı yenə də polis şöbəsinə getməli olduğunu başa salmaq istəsələr də sonuncu daha da aqressivləşərək onların və ev sahibinin ünvanına ucadan nalayıq ifadələr işlətmiş, dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi Xaçmaz rayon Polis Şöbəsinə gətirmişlər və o, raportla müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 Rahim oğlunun ifadəsi ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətlərə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi digər dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 16 iyun 2025-ci il tarixdən saat 11:55-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-960/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-960/2025
16.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver