Məhkəmə qərarları › İş №3(067)-961/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-961/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-961/2025 18.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəməiclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.20224-cü il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində aralarında yaranmış mübahisə zamanı X2 döyərək qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan RespublikasıİXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şixəmirova Xalidə ərizə ilə Xaçmaz RPŞ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə,axşam saat 19:00 radələrində Xaçmaz rayonu, Yergüc kəndində baldızları tərəfindən döyülməsi barədə bildirmişdir. Zərərçəkmiş şəxs və Şəxs eyni həyətdə yaşayırlar, lakin həyətlərinin arasında hasar vardır, tərəflər arasında mütəmadi olaraq torpaq mübahisəsi baş verir. Xaçmaz rayonu, Yergüc kəndində suvarma ilə bağlı çətinliklər vardır, bununla bağlı olaraq su motoru qoyulmuş, həmin su motoru ümumi istifadədir. Hadisə baş verən gün Xalidə Şixəmirova su motorunu qoşub su götürən zaman Əsmər Şixəmirova ona yaxınlaşaraq suyu bağlamasını, su motorundan özlərinin istifadə edəcəklərini bildirdikdə, Xalidə Şixəmirova özünün su götürəcəyini deyib və bu zaman şəxslər arasında mübahisə yaranmışdır. Həmin vaxt X8 Şixəmirovanın sinəsinə əl ataraq ona xəsarət yetirmişdir. Xalidə Şixəmirovanın dediyinə görə boynunda olan qızıl boyunbağı hadisə zamanı düşüb itmişdir. Lakin aparılmış araşdırma zamanı bu fakt öz təsdiqini tapmamışdır. Ekspertiza tərəfindən verilmiş rəy nəticəsində Xalidə Şixəmirovaya xəsarət yetirilməsi öz təsdiqini tapmış, yənizərərçəkmiş şəxsin sinəsinə yüngül xəsarət yetirildiyi qeyd edilmişdir. Qarşı tərəf razı olmadığına görə işin məhkəməyə göndərilməsini istədiyi üçün İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, subaydır və atasının evində yaşayır. Həmçinin şirkət bağlarında fəhlə işləyir, evə axşam saatlarında gəlir. Yaşadığı evdə su fasilələrlə verildiyindən işdən gəlib su olmadığını gördüyündən su qabını götürüb su götürmək üçün qonşuya getmişdir. Su götürən zaman qonşunun uşağı gələrək bacısı ilə Xalidənin dava etdiyini demişdir. O, yaxınlaşan zaman Xalidənin onun bacısının ünvanına söyüşlər söyməsini eşitmişdir. Onlar aralarında mübahisə etmişlər. Lakin Xalidəni döyməmiş, sinəsinə cızıqlar atmışdır. Yoldan keçən qonşular onların mübahisə etdiklərini görüb Xalidəni uzaqlaşdırmışlar. Lakin Xalidə onların əlindən çıxıb onun ardınca qaçmağa başlamışdır. Bu zaman qonşular yenidən Xalidəni saxlamışlar. O, həyətə geri qayıdıb qardaşına zəng etmişdir. Lakin qardaşı onun telefon zənglərinə cavab verməmişdir. Qardaşı işdən gələndən sonra o qardaşının yanına gedərək “arvadına sahib çıx, o kimdir ki, məni döyməyə gəlir” sözlərini demişdir. Onların arasında gəlin-baldız qismində hər zaman mübahisələri olmuş, son bir ildir ki, barışmışlar. O, şikayətçi qardaşının yoldaşı olduğu üçün bu zamanadək polisə şikayət etməmişdir. Xalidənin hadisə zamanı ona xəsarət yetirməsi barədə polisə məlumat vermiş, ona xəstəxanadan bu barədə sənəd almağını demişlər. Lakin o razılaşmamışdır. O, Xalidənin əllərini sıxmamış, əllərini açaraq üzərinə hücum çəkən zaman Xalidənin əllərini geri qaytarmışdır. Həmçinin onun qollarında cızıq izləri yaranmışdır. Xalidə ilə mübahisə etməzdən əvvəl Xalidə meyvə yığmağa getmiş, qonşuların yanında demişdir ki, ağacdan yıxılıb, barmağı zədələnib və həkimə getmək istədiyini bildirmişdir. Bütün bunlar mübahisə etməkləri üçünbəhanə olmuşdur və barmağına onun xəsarət yetirdiyini bildirmişdir. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş eşitmişdir. Məhkəmə iclasında zalında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə aralarında su məsələsinə görə mübahisə yaranmışdır. Əvvəl Əsmər, sonra isə Əsmirə onun üzərinə hücum çəkmişlər. Əsmirənin böyük bacısı nalayiq söyüşlər söyməyə başlamış və Əsmirə onun sinəsinə əl ataraq boynunda olan boyunbağını qırmış, bu zaman həmin qızıl itmişdir. Əsmirə əlini burub sıxmış, barmağında qızıl üzük olduğundan həmin barmağı əzilib şişmişdir. Hadisənin səhəri günü həyat yoldaşıonu xəstəxanaya aparmışdır. Üzüyü barmağından kəsib çıxararaq gipsə salmışlar. Bacıların hər ikisi də ona xəsarət yetirmişlər. Əsmirə onun əllərini tutmuşdur. Sonradan qonşular gəlib onları ayırmışlar. O, bağlara meyvə yığmağa gedir və əli əzildiyi üçün gedə bilməmiş, öz yerinə başqa bir şəxsi göndərmişdir. O, Şəxs barəsində həbs növündən inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin xitam edilməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Hüseyn Zeynalov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2025-ci il tarixli, T 66/2025 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1981-ci il təvəllüdlü X1 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsi və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş X.M.Şixəmirovanın sağ əlin dördüncü barmağının hematoması və döş qəfəsi nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, ilkin məhkəmə-tibbi müayinədən 1-2 gün öncə yarana bilərdi, dərəcəsinə görə sağ əlin dördüncü barmağının hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onlar istər kənar şəxs, istərsə də şəxsin özü tərəfindən yetirilə bilərdi. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.20224-cü il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində aralarında yaranmış mübahisə zamanı X2 döyərək qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 38.3-cü maddəsinə əsasəncinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialların araşdırılması zamanı, Şəxs barəsində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən ********* nömrəli cinayət işinə 12 fevral 2025-ci il tarixdə xitam verildiyi, lakin Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinin tələbləri pozularaq cinayət işinə xitam verildiyi gündən 3 ay müddət keçdikdən sonra, yəni 18 iyun 2025-ci il tarixdə baxılması üçün məhkəməyə təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin157-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilməmiş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş müddət ötürüldüyündən inzibati işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin tələbi nəzərə alınmaqla xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar