Məhkəmə qərarları › İş №3(067)-962/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-962/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-962/2020 10.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM- 333.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. İnzibati qərarın dəyişdirilərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququndan 6 ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixə saat 09-15 radələrində VAZ 21063 markalı, **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən Xaçmaz rayonu Yol Patrul Xidmətinin əməkdaşı onu saxlayaraq bildirdi ki, o, içkili vəziyyətdə maşın idarə edir və onun maşını cərimə meydançasına aparılmışdır. O, içkili olduğundan bu halı etiraf edərək polisin qanuni tələblərinə əməl etmişdir. Hazırda isə cəriməni ödəmək imkanı olmadığlndan inzibati qərarın dəyişdirilərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququndan 6 ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı barədə Xaçmaz RPŞ-nə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xaçmaz RPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İXMnin 333.1 və 327.2-ci maddələrinin tələblərini pozduğuna görə 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 22.1-ci maddəsinə əsasən inzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. Qeyd olunan hüquq normasından da göründüyü kimi cərimə tənbehi fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması növündə tənbehə münasibətdə daha yüngül inzibati tənbeh növüdür. Azərbaycan Respublikası İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarıyalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz RPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və yaxud da irad bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətçi barəsində daha ağır növdə inzibati tənbeh təyin edilməsini xahiş etdiyindən, həmçinin inzibati xətaya dair qərarın əsassızlığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən yaxud da irad bildirmədiyindən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində olan Xaçmaz RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar