Məhkəmə qərarları › İş №3(067)-964/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-964/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-964/2023 21.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz rayon X10 Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 2001-ci ildə Xaçmaz rayonunun Çax-Çaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonunun Çax- Çaxlı kəndində yaşayan haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon X10 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə dəvət edilərkən qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xaçmaz rayon X10 Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X6 göstərdi ki, Şəxs 20 avqust 2020-ci il tarixdə sərxoş vəziyyətdə yaşadığı Xaçmaz rayonunun Çax- Çaxlı kənd ərazisində ucadan nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmuşdur. Bununla bağlı bölməyə daxil olmuş məlumat əsasında Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə dəvət edilərkən o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, sərxoş olduğunu, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən Xaçmaz rayon X10 Polis Bölməsinin, polis nəfəri X5 göstərdi ki, bölmənin mühafizəsində xidmətdə olarkən, Şəxs barəsində daxil olmuş şikayət ərizələri ilə bağlı Şəxs bölmənin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildiyi zaman, bölmənin növbətçi hissəsində ucadan nalayiq ifadələr işlətməklə bölmənin və növbətçi hisənin iş rejimini pozmuş, tərəflərindən nizam-intizama dəvət edilməsinə baxmayaraq o, öz qanuna zidd hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X10 Polis Bölməsinin, polis nəfəri X4 iş üzrə şahid qismində dindirilən Xaçmaz rayon X10 Polis Bölməsinin, polis nəfəri X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 21 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli, 127 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 avqust 2023-cü il tarixdə saat 20:35 radələrində tutulmuş, 21 avqust 2023-cü il tarixdə saat 13:30-da həbsdən azad edilmişdir. Odur ki, Şəxs 20 avqust 2023-cü il tarixdə saat 20:35-dən 21 avqust 2023-cü il tarixdə saat 13:30-dək tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti inzibati həbs tənbeh tədbiri saxlanılmalıdır. Həbsin əvvəli 21 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 20 avqust 2023-cü il tarixdə saat 20:35-dən 21 avqust 2023-cü il tarixdə saat 13:30-dək tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsin əvvəli 17 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın surəti icra edilməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar