Məhkəmə qərarları › İş №3(067)-967/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-967/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-967/2020 06.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X1 iştirakları ilə, Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin xx xxxxxxx 2020ci il tarixli, 01400/1350 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X2 inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ödənilməli olan gömrük ödənişlərinin 4860 manat məbləğinin 100 faizi, yəni 4860 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi olan rəis müavini X2 inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi olan rəis müavini X4 tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış şəxs X3 ərizəsini müdafiə edərək göstərdi ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X2 inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ödənilməli olan gömrük ödənişlərinin 4860 manat məbləğinin 100 faizi, yəni 4860 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır və barəsində aparılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, o, 19 noyabr və xx xxxxxx 2014-cü il tarixlərdə Samur Gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına 2002-ci il buraxılışlı 2 ədəd “Kamaz” markalı yük avtomaşınları keçirmişdir. Ona məlum olmamışdır ki, o, həmin avtomaşınları Azərbaycan Respublikasının ərazisinə keçirdikdən sonra qanunla müəyyən olunmuş müddətdə həmin nəqliyyat vasitələrini 14 gün ərzində geri qaytarmalı və ya ümumi qaydalarla nəqliyyat vasitələrinə görə ödəməli olan gömrük ödənişlərini ödəməklə nəqliyyat vasitələrinin rəsmiləşdirmə işlərini aparmalı idi. xx xxxxxx 2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinə məlum olmuşdur ki, o, nəqliyyat vasitələrini gömrük ödənişi aparmadan ölkə ərazisində saxlamışdır. Bu səbəbdən barəsində inzibati icraat başlanılmış və Şimal Ərazi Baş Gömrük İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ödəməli olduğu gömrük ödənişlərinin 4860 manat məbləğinin 100 faizi, yəni 4860 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respuiblikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən o, xətanı 2014-cü ildə törətdiyindən onun inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməzdi və ya cəlb edildiyi halda belə barəsində başlanılmış inzibati icraat üzrə icraata xitam verilməli idi. Lakin buna baxmayaraq Şimal Ərazi Baş Gömrük İdarəsi öz qərarı ilə düzgün olmayaraq onu inzibati məsuliyyətə etməklə barəsində cərimə inzibati tənbeh qərarı çıxarmışdır. Ona görə də barəsində çıxarılmış xx xxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli inzibati tənbeh vermə haqqında qərarın icraatına xitam verilməlidir. Ona görə də göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini, Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 saylı qərarının ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi olan rəis müavini X2 inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli qərarından görünür ki, X3 19 noyabr və xx xxxxxx 2014-cü il tarixlərdə “Kamaz” markalı, 2002-ci il buraxılışlı və “Kamaz 532150” markalı, 2002-ci il buraxılışlı yük avtomobillərini Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisinə gətirdikdən sonra 14 gün ərzində geri qaytarmalı və ya ümumi qaydalarla nəqliyyat vasitələrinə görə ödəməli olan gömrük ödənişlərini etməklə nəqliyyat vasitələrinin rəsmiləşdirmə işlərini aparmalı olduğu halda qanunun bu tələblərinə riayət etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutlan İnzibati xətanı törətməsi faktı üzrə xx xxxxxxx 2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin vəzifəli şəxsi olan rəis müavini X2 inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respuiblikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək barəsində ödənilməli olan gömrük ödənişlərinin 4860 manat məbləğinin 100 faizi, yəni 4860 manat məbləğində cərimə olunması barədə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəlləpinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəlləinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəlləpinin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 53.0. maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 tərəfindən qeyd olunan inzibati xəta əməli 19 və xx xxxxxx 2014-cü il tarixlərdə törətməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar çıxarılmamış, xətanın törədilməsindən 6 il müddət keçdikdən sonra barəsində inzibati xəta haqqında icraat aparılaraq inzubati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb etmə müddətləri ötürülmüşdür. Belə olan halda isə o, inzibati məsuliyyətə cəlb edilə bizlməzdi və ya cəlb edildiyi halda beləbarəsində başlanılmış inzibati xəta haqqında icraat üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3 səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməklə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən X1 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli,01400/1350 nömrəli qərar inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X4 tərəfindən X1 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, 01400/1350 nömrəli qərar inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar