Məhkəmə qərarları › İş №3(067)-968/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-968/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-968/2020 29.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsi hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş AR ƏN Xaçmaz rayon İjra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonun, Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonun Yalama kəndində kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-499/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1200 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il müddət üçün illik 5% olmaqla 120 manat pul, cəmi 1320 manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 200 manat pulun tutularaq tələbkar X2 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır.O, bu günə kimi tələbkara cəmi 60 manat pul ödəmişdir. Hal-hazırda onun ödənilməmiş 1540 manat aliment borcu vardır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-499/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1200 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il müddət üçün illik 5% olmaqla 120 manat pul, cəmi 1320 manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 200 manat tutularaq tələbkar X2 qızına qızına verilməsi qət olunmuşdur. O, qətnamənin təzə olduğunu və tələbkara borclu olduğu pulu ödəməkdən yayınmadığını və halhazırda indiki vaxtacan tələbkarın xeyrinə 60 manat pul ödədiyini bildirmiş və gələcəkdədə ödəməkdə davam edəcəyini demişdir.Hal-hazırda onun ödənilməmiş 1540 manat aliment borcu vardır. Məhkəmədə izahat vermiş AR ƏN Xaçmaz rayon İjra Şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)- 499/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1200 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il müddət üçün illik 5% olmaqla 120 manat pul, cəmi 1320 manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 200 manat tutularaq tələbkar X2 qızına verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır.O, bu günə kimi tələbkara cəmi 60 manat pul ödəmişdir. Hal-hazırda onun ödənilməmiş 1540 manat aliment borcu vardır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)- 499/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1200 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il müddət üçün illik 5% olmaqla 120 manat pul, cəmi 1320 manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 200 manat tutularaq tələbkar X2 qızına verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır.O, bu günə kimi tələbkara cəmi 60 manat pul ödəmişdir. Hal-hazırda onun ödənilməmiş 1540 manat aliment borcu vardır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində olan icra vərəqəsi yeni icraya yönəldilmiş və borclu Şəxs boclu olduğu puldan 60 manatını ödəmiş və qalan borcunu ödəyəcəyini, ödənişdən yayınmayacağını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun qanuni tələblərini yerinə yetirdiyini, çağırışlara vaxtlı-vaxtında gəldiyini, onun borcu vaxtında və lazımınca ödəməməsinin isə qərəzliliklə əlaqədar olmadığını, onun maddi vəziyyəti ilə əlaqədar olduğunu bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar