Məhkəmə qərarları › İş №3(067)-970/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-970/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-970/2020 30.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonununda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən Cəlilabad rayonunun Göytəpə şəhəri, O.Eynullayev küçəsi ev 127-də yaşayan Şəxs barəsində AzərbaycanRespublikası İXM-nin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayonunun, Yalama kəndində X2 söyərək xırda xuliqanlıq etmiş, bunulada ictimai qaydanı pozan hərəkətlər edərək, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiy iinzibat ixətanı etiraf etməklə bildirmişdir ki, zərərçəkmiş şəxs X4 rayonunun, Yalama kəndində yerləşən evində kirayə qalır. xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində evdə olduğu zaman evin yiyesi X3 oraya gələrək həyətdə olan hamamdakı kalonkaya qazın çox verildiyini görmüş və onu bəhanə gətirərək kirayə pulu vermədiklərinə görə, «ermənisiz, qaza niyə belə çox xod verirsiz» demişdir. O, da erməni sözünə görə əsəbləşdiyi üçün, Badam Əliyeva ilə mübahisə etmiş və onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadə verərək göstərmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs onun Xaçmaz rayonunun, Yalama kəndində yerləşən evinin kirayəşini kimi tanıyır. xx xxxxxxxx 2020-ci il tarxdə saat 19 radələrində Xaçmaz rayonunun, Yalama kəndində yerləşən evində kirayəşin yaşayan Şəxs kirayə pulu almaq məqsədi ilə oraya gedən zaman, həyətdə olan hamamın kalonkasının qazın çox verdiyi üçün o, qışqıraraq «ermənilər bizi orda yandırır, buda, evimi burda yandırmaq istəyir». İlkin otaqdan bayıra çıxaraq üstünə hüçum çəkərək onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafedici izahatı, həmçinin, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli protokolla tam sübuta yetirilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar