Məhkəmə qərarları › İş №3(067)-971/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-971/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-971/2020 24.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi, Məhkəmə iclas katibi Dadşova Könül Vasif qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1965-ci ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində Qafarov Mövlud Ağa oğlıuna məxsus olan torpaq sahəsinə idarə etdiyi altı təkərli traktorla girərək ziyan vurmaqla AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayır. 2016-cı ildən Köhnə- Xaçmaz bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Barəsində şikatyət edən Qafarov Mövlüd Ağa oğlunu tanıyır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. O, köhnə xaçmaz kəndjində yaranmış suvarma problemlərin ilə əlaqədar əsas suvarma arxların təmirə ehtiyacı olduğundan kənd camaatı dəfələrlə İcra aparatına bu problemlə bağlı şikayətt etmişlər. O, bu şikayətin həlli üçün kəndin əsas suvarma arxlarının təmirinə qərar vermiş, bələdiyyə sədri kimi məsuliyyəti boynuna götürmüş və bütün arxların əsaslı təmirinə başlamışdır. Azərbaycan Respublikası qanunvericiliyindəki normativ aktlara əsasən hər bir əsas suvarma arxlarının hər iki kənarında 4 metr qorunma və təmizlənmə zolağı qoyulmuş, o, dəfələrə kənd camaatına bu barədə bildirsə də onlar qanunu pozaraq kənd camaatının arxlarının qotunma zolağını zəbt edib müxtəlif bitkilər əkmişlər və bələdiyyənin işinə müneə yaradmışlar. Həımin vaxt Köhnə Xaçmaz kəndidin suvarma arcı 3,5 km (3500 m) otam təmizlənmiş və təqribən 80-100 m-ə yaxın suvarma arxı Qafarov Mövlüdün qonşuluğunda yerləşmiş torpaq sahəsi təmizlənmişdir.O, Mövlüd qafarovun şikasyətinin əsasız olduğunu, suvarma arxının kənarının Dövlət torpağı olduğu üçün bəldiyyəyə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görəəlli manatdan yüz manatadək məbləğdə cərimə olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN ******* №-li protokolla sübuta yetirilir. Məhkəmə Şəxsna inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar