Məhkəmə qərarları › İş №3(067)-971/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-971/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-971/2022 16.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı X8 iştirakları ilə, X4 inzibati tənbeh edilməsinə dair Xaçmaz rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X9 şikayətlə məhkəməyə müraciət edərək, Xaçmaz rayon X15 X17 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi “VAZ 21007” minik markalı **-LE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Xaçmaz-Quba yolunda hərəkətdə olarkən, Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan Yol Patrul Xidmətinin inspektoru polis serjantı X10 tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi saxlanıldı. O, nəqliyyat vasitəsini saxladıqdan sonra avtomobildən aşağı düşərək polis serjantına yaxınlaşdı və saxlama səbəbini soruşanda polis serjantı ona bildirdi ki, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə etmişdir. Buna əsasən də o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildi. O, polis əməkdaşına yolda ötmək qadağandır nişanın və əks istiqamətli nəqliyyat axınlarını ayıran yol nişanlanmasının olmamasını və buna əsasən hər-hansı qanun pozuntusuna yol vermədiyini onun diqqətinə çatdırmış, lakin polis inspektoru X10 bunları nəzərə almadan İXP ******* saylı protokol tərtib edərək TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh qərarı çıxararaq qərarlaşdırdı. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti verildiyi vaxtdan 10 gün müddətinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. O, qərarın surətini xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd olunanlara əsasən X1 Xaçmaz Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru polis serjantı X10 tərəfindən ona qarşı tətbiq olunmuş inzibati tənbeh haqqında 60 azn cərimənin ləğv olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı X10 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman Xaçmaz-Quba yolunda **- LE-*** dövlət nömrə nişanlı 2107 minik markalı avtomobilin ötmə qaydalarını pozduğunu görmüş və bu səbəbdən həmin avtomobilə “saxla” əmri vermişdir. Daha sonra isə, sürücü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol və həmin tarixli inzibati xəta haqqında qərar tərtib edərək sürücünü inzibati məsuliyyətə cəlb etmişdir. Daha sonra Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı X10 bir ədəd disk təqdim edərək, həmin diskdə sürücü X4 yol-hərəkəti qaydalarını pozmasını əks etdirən görüntülərin olmasını bildirmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı X10 tərəfindən təqdim olunmuş diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin videogörüntüdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir görüntü öz əksini tapmamışdır. Videogörüntüdə yalnız **-LE-*** dövlət nömrə nişanlı 2107 minik markalı avtomobilin saxlanma və ondan sonrakı hərəkətlər qeyd olunub. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X9 məhkəmə iclasında polis əməkdaşı tərəfindən saxlandığı ərazinin videogörüntüsünü özündə əks etdirən bir ədəd diski təqdim edərək bildirmişdir ki, polis əməkdaşının onu saxladığı yolda ötmə əməliyyatını keçirməyə qadağan edən hər hansı bir xətt və yol nişanı olmamışdır. Bu səbəbdən də, onun ötmə əməliyyatını keçirməsi qanunsuz hesab edilə bilməz. Həmin diskə də, tərəflərin iştirakı ilə baxış keçirilmiş və Xaçmaz RPŞ-nin əməkdaşı X3 X5 məhz həmin yolda yol-hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb etməsini bildirmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X9 xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi “VAZ 21007” minik markalı **-LE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə Xaçmaz-Quba yolu istiqamətində hərəkətdə olarkən, əks hərəkət zolağına çıxmaqla, yol hərəkti haqqında qanunun və yol nişanının tələblərini pozması müəyyən edimiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq olunan videogörüntülərdən müəyyən olunur ki, polis əməkdaşının qeydə aldığı videogörüntüdə hər hansı bir hüquqpozma aşakr edilməmiş, sürücünün təqdim etdiyi videogörüntü ilə isə təsdiq olunur ki, həqiqətən də qeyd olunan ərazidə ötmə əməliyyatını keçirməyi qadağan edən hər hansı bir yol nişanı və ya xətti yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Xaçmaz rayon X15 X18 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, habelə barəsində icraat aparılan şəxsi müvafiq sənəd və hərəkətlərlə tanış etmədən, hüquq və vəzifələri izah olunmadan və izahatı alınmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X5 iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X9 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X1nun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Xaçmaz rayon X15 X18 tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaq məqsədilə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə qəbul olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* sayl qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Xaçmaz rayon X15 X16 göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar