Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-972/2022 24.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati protokolu tərtib edən şəxs Xaçmaz rayon RPŞ-nin Xudat PB-nin sahə müvəkkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon RPŞ-nin Xudat PB-nin sahə müvəkkili X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İş materiallarında olan MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu Seyidli kəndində yerləşən 1.3 ha yonca sahəsini şumlayaraq yararsız vəziyyətə salmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Seyidli kəndində yerləşən Vahid adlı şəxsin əkin sahəsini traktorla şumladıqda, səhvən qonşuluqda yerləşən Zərərçəkmiş şəxs məxsus 1.3 ha yonca sahəsini də şumlayaraq yararsız vəziyyətə salmışdır. O, törətdiyi əməli qəsdən törətmədiyini, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə ona məxsus Xaçmaz rayonu Seyidli kəndində yerləşən 1.3 ha yonca sahəsini səhvən şumlayaraq yararsız vəziyyətə salmış və ona 1247( min iki yüz qırx yeddi) manat maddi ziyan vurmuşdur. O, göstərilənlərə əsasən Şəxs barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/167 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Xaçmaz RPŞ-nin Xudat PB-nə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-ci maddəsinə görə isə əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs qəsdən Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu Seyidli kəndində yerləşən 1.3 ha yonca sahəsini şumlayaraq yararsız vəziyyətə salması iş materialları ilə sübut olunmur. Bununla da, məhkəmə hesab edir ki, Şəxs əməli düzgün tövsif edilməmişdir. Onun əməlində əmlakı qəsdən məhv etmə inzibati xətanın tərkibi olmadığı üçün barəsində tərtib olunmuş protokol üzrə inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232- 1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-972/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-972/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver