Məhkəmə qərarları › İş №3(067)-974/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-974/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-974/2025 04.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, X2 nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin xx.xx.2025-cü il tarixli TP7260959 saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək, onun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin - svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat və 3 bal cərimə edilməsinə dair xx.xx.2025-cü il tarixli TP7260959 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 10:00-da yol vərəqi əsasında idarə etdiyi Renault Loqan markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xudat şəhəri ərazisində hərəkət edərkən YPX xidməti avtomobilində YPX əməkdaşlarının səsgücləndirici vasitəsi ilə avtomobili dayandırma əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. Avtomobilə yaxınlaşan polis əməkdaşı idarə etdiyi avtomobilin sənədlərini tələb etmişdir. O, polisin tələbinə tabe olaraq idarə etdiyi avtomobilə dair sənədləri və sürücülük vəsiqəsini polis əməkdaşına vermişdir. O, sənədləri alaraq svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat cərimə olunduğunu bildirərək qərarı çap edərək ona təqdim etdi. Bir müddət sonra SMS radar.az mobil tətbiqi vasitəsi ilə İXP7141440 saylı protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-yol svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat və 3 bal cərimə edilməyinə dair bildiriş əldə etmişdir. Elektron protokola qayda pozuntusuna dair hec bir şəkil və video dəllilər əlavə edilməmişdir. xx.xx.2025-ci il tarixində Quba rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsi xx.xx.2025-ci il tarixində ona təqdim edilmiş xx.xx.2025-ci il tarixli № 3(027)-429/2025 saylı qərardad ilə aşağıda göstərilən səbəb əsas gətirilərək qeri qaytarılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə verilməsi izah edilmişdir. Bildirir ki, hadisə zamanı qayda pozuntusuna yol verməmişdir və ona qarşı tərtib edilmiş inzibatı tənbeh tədbiri əsasızdır. DİN-nin Baş DYPİ-yə məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 qanuni nümayəndəsi X5 izahatında göstərmişdir ki, qardaşı Elmar xx.xx.2025-ci il tarixində saat 10:00-da yol vərəqi əsasında idarə etdiyi Renault Loqan markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xudat şəhəri ərazisində hərəkət edərkən YPX xidməti avtomobilində YPX əməkdaşları tərəfindən saxlanımışdır. Avtomobilə yaxınlaşan polis əməkdaşı idarə etdiyi avtomobilin sənədlərini tələb etmişdir. O, polisin tələbinə tabe olaraq idarə etdiyi avtomobilə dair sənədləri və sürücülük vəsiqəsini polis əməkdaşına vermişdir. O, sənədləri alaraq svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat cərimə olunduğunu bildirərək qərarı çap edərək ona təqdim etdi. Bir müddət sonra SMS radar.az mobil tətbiqi vasitəsi ilə İXP7141440 saylı protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-yol svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat və 3 bal cərimə edilməyinə dair bildiriş əldə etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-cü il tarixli TP7260959 saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 100 manat inzibati cərimə edilmişdir. Elmar Kərimov hadisə yerində törətdiyi qayda pozuntusunu etiraf etməklə qərarla razılaşmış, heç bir etiraz bildirmədən sənədlə tanış olaraq onu imzalamışdır. Məhkəmə tərəfindən BDYPİ-nin təqdim etdiyi videofayla baxış keçirilərkən X2 inzibati xətanı törətməsi, qayda pozuntusunu səmimi etiraf etdiyi və YPX əməkdaşına hər hansı etiraz bildirməməsi videogörüntüdə öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş Baş DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-cü il tarixli TP7260959 saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X4 tərəfindən Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025cü il tarixli TP7260959 saylı qərarının ləğv edilməsi barədə verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-cü il tarixli TP7260959 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar