Məhkəmə qərarları › İş №3(067)-975/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-975/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-975/2025 30.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 barəsində DİN Baş DYPİ-nin xx.xx.2025-cü il tarixli EQ 28648389 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək, DİN Baş DYPİ-nin xx.xx.2025-cü il tarixli EQ 28648389 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28648389 saylı qərarını xx.xx.2025-ci il tarixində almışdır. O, əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətməyi ilə bağlı 80 manat cərimə olunmuşdur. Həmin vaxt o, Xaçmaz şəhəri, Bakı prospektində saat 15:31 radələrində yolun müəyyən olunmuş hisəssində avtomaşını düzgün olaraq birinci sırada saxladığı halda ona əsassız olaraq yolun ikinci və sonrakı cərgələrdə dayanmasına görə cərimə yazılıb. Onda videogörüntü var. Məhkəmə iclasında ərizəsinə uyğun izahat vermiş X3 şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o, maşını Nabran marketin önündə 1-ci cərgədə saxlayıb. O, maşını etibarnamə ilə idarə edir. Görüntüləri sonradan özü əldə etmişdir. DİN Baş DYPİ-nin xx.xx.2025-cü il tarixli EQ-28648389 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə əsassız olaraq 80 manat cərimə olunmuşdur. Çünki həmin vaxt Xaçmaz şəhəri, Bakı pospektində saat 15:31 radələrində yolun müəyyən olunmuş hisəssində avtomaşını düzgün olaraq birinci sırada saxladığı halda ona əsassız olaraq yolun ikinci və sonrakı cərgələrdə dayanmasına görə cərimə yazılıb. DYP tərəfindən təqdim olunmuş fotoşəkildə onun onu ikinci sırada avtomaşını saxlaması müəyyən olunmur. Məhkəmədə şahid kimi ifadə verən X5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə oğlu X2 idarə etdiyi avtomobildə olmuş, Cavid avtomobili “Nabran market”in yaxınlığında yolun kənarında birinci cərgədə saxlamışdır. O, özü orada olduğu üçün yazılan cəriməni əsassız hesab edir, orada olmasaydı bəlkə də oğlunun səhv etdiyini düşünərdi. Lakin orada heç bir qayda pozulmayıb. DYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçininin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Xaçmaz rayon DYPB-nin xx.xx.2025-ci il tarixli, EQ 28648389 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 364.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. DYP tərəfindən ərizəçin şəxsi kabinetitə yerləşdirilmiş fotoşəkilə keçirilmiş baxış nəticəsində X2 idarə etdiyi avtomobillə yolun ikinci və sonrakı cərgələrdə dayanmasını müəyyən etmək mümkün olmadı. Ərizəçi tərəfindən təqdim olunmuş videogörüntüyə keçirilmiş baxış nəticəsində X2 idarə etdiyi avtomobillə yolun ikinci və sonrakı cərgələrdə dayanmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X3 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-cü il tarixli EQ 28648389 saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar