Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-976/2023 07.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə tərtib edilmiş 15 avqust 2023-cü il tarixli, 10000-00080/23 saylı inzibati xəta haqqında protokola Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən Xaçmaz rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs 2023-cü ilin aprel ayında Rusiya Federasiyasının Moskva şəhərində olduğu zaman, orada yerləşən “Fud Siti” adlı bazardan əldə etdiyi və idarə etdiyi “DAF FT XF 105” markalı 99OC051/99ZF751 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasının tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə olan əşyaların arasından gömrük nəzarətinə bəyan olunmayan 19 ədəd 30 qramlıq “Bonche cigar leaf” yazısı əks olunmuş qəlyan tütünü, yataq dəstinin altında olan sellofan paketin içərisində ərzaqların altından və soyuducunun sağ tərəfində olan yağların altında gömrük nəzarətinə bəyan olunmayan 117 ədəd 60 qramlıq üzərində “Serebro” yazısı əks olunmuş qəlyan tütünlərini 1 may 2023-cü il tarixdə saat 01 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən “Xanoba” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçdiyi zaman gömrük orqanına bəyan etməmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, sonuncu məhkəməyə teleqram göndərərək, işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 9 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206 və 213-1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində qeyd edilən maddələrlə cinayət işinin başlanması CPM-nin 39.1.2 maddəsinə əsasən rədd edilmiş və onun Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallardan zəruri sənədləri çıxarılıb baxılması üçün aidiyyatı üzrə Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 may 2023-cü il tarixli “yoxlama və götürmə haqqında protokoldan” görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01.15 radələrində RF istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF FT XF 105” markalı 99OC051/99ZF751 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə olan əşyaların arasından gömrük nəzarətinə bəyan olunmayan 19 ədəd 30 qramlıq “Bonche cigar leaf” yazısı əks olunmuş qəlyan tütünü, yataq dəstinin altında olan sellofan paketin içərisində ərzaqların altından və soyuducunun sağ tərəfində olan yağların altında gömrük nəzarətinə bəyan olunmayan 117 ədəd 60 qramlıq üzərində “Serebro” yazısı əks olunmuş qəlyan tütünü aşkar olunmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, sonuncu törətdiyi əməli səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 2 adda tütün məmulatlarının 01 may 2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 1319 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli ekspertiza rəyində ekspertiza ilə bağlı olan müvafiq xərcin qiyməti göstərilməmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, yüngülləşdirici və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasının hədləri daxilində gömrük orqanına bəyan edilməyən inzibati xətanın bilavasitə obyekti olan malların əlli faizi miqdarında cərimə edilməklə inzibati tənbeh tətbiq edilməlidir. İş materialları ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən və hal-hazırda DGK “Azərterminalkompleks” Birliyində saxlanılan 19 ədəd 30 qramlıq “Bonche cigar leaf” yazısı əks olunmuş qəlyan tütünü 117 ədəd 60 qramlıq üzərində “Serebro” yazısı əks olunmuş qəlyan tütünü Şəxs məxsusdur. Belə olan halda, 19 ədəd 30 qramlıq “Bonche cigar leaf” yazısı əks olunmuş qəlyan tütünü 117 ədəd 60 qramlıq üzərində “Serebro” yazısı əks olunmuş qəlyan tütünü Şəxs qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi məbləğdə, yəni 659,5 (altı yüz əlli doqquz manat əlli qəpik) məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar 19 ədəd 30 qramlıq “Bonche cigar leaf” yazısı əks olunmuş qəlyan tütünü 117 ədəd 60 qramlıq üzərində “Serebro” yazısı əks olunmuş qəlyan tütünü Şəxs X1 qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-976/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-976/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver