Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-979/2023 25.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X7 Təhlükəsizlik Bölməsini sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 14 avqust 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 23 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən evin divarlarına rəngli boyalardan istifadə etməkdə nalayiq ifadələr yazaraq ictimai qaydanı pozulmasına yönələn xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X7 Təhlükəsizlik Bölməsini sahə rəisi, polis kapitanı X6 göstərdi ki, ata mülki ilə yəni evlə bağlı bunların problemləri var, öz dediklərinə görə Zaur özünə düşən payı almış, lakin yenə də əl çəkmir. Gedib gələrək evin divarlarını nalayiq sözlər yazaraq anasını təhqir etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində izahat verən X3 göstərdi ki, İsayev X8 şəhəri, M.F.Axundov küçəsi 24 ünvanda yerləşən evin divarlarına rəngli boyalardan istifadə etməkdə onun ünvanına xoşagəlməz ifadələr yazmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, , etdiyi əməli etiraf edərək həqiqətən də boyalardan istifadə edərək vicdansız hacı xanım haqqını özünə qaytarmasını, özü şəxsən 10 dəfə xərc çəkib həcə göndərdiyini, bu gün hal-hazırda özünə qarşı haqsızlıq etdiyini, quran oxuyur, özünü dindar kimi qələmə verir. Ona görə qurandan qul haqları, altından qurani kərim yazmışdır ki, bunu oxusun ki, bəlkə başa düşər ki, oxuduqları ilə etdiyi əməl düzgün olmadığını anlasın. Bunu yazmağının səbəbini isə atasının sağlığında onun atasının adına aldığı mülkləri olub, atası dünyasını dəyişəndən sonra ortancıl qardaşı ona və kiçik qardaşına təklif eləmişdir ki, bir yerdə gedərək ata mülkünə imtina yazsınlar ki, o, da buna gərək olduğunu soruşduqda o, da proses tezləşdirmək üçün anasının adına tez keçməsi prosesi tezləşdirilməsi üçün lazım olduğunu bildirmişdir. Əslində lazım deyilmiş, o, bunu sonradan bilmişdir, elə də vacib proses deyilmiş. O, da qardaşı olduğundan inanaraq onun pis niyyətinin olmadığını düşünmüşdür. Bundan sonra üç qardaş bir yerdə gedərək ata mülklərinə imtina yazmışlar, bu niyyətlə yazmışdır ki, atasının adına almışdır yenə düşünmüşdür ki, anasının adına keçəcək. Üstündən bir müddət keçdikdən sonra qardaşı anasını aldadaraq ondan mülki etibarnamə almış, o, anasında niyə verdiyini soruşduqda anası ona necə ki səni aldadaraq alıb o, cürdə onu aldadaraq aldığını bildirmişdir. Atasının adına nələri ki, almışdır, hamısını götürüb satmışdır. Sürücülük məktəbinin yanında atasının adına daş karxanasını almışdır. Daş karxanası gəlir gətirdiyinə görə onu satmamışdır, onu bir başa götürərək dostunun adına keçirmişdir ki, atasının adından çıxsın yəni o, heç bir müdaxilə edə bilməsin ona. O, daş karxanasından külli miqdarda daşlar da qazanılır, hər şey satılandan sonra bir ata evi və bir mercedes markalı nəqliyyat vasitəsi qalmışdır. Həmin nəqliyyat vasitəsini də o, özü almışdır atası üçün. Sonradan həmin nəqliyyat vasitəsi keçir kiçik qardaşının adına kiçik qardaşı da həmin nəqliyyat vasitəsini sataraq üzərinə biraz pul qoyaraq başqa bir nəqliyyat vasitəsini almışdır. O, özü həmin evdə doğulmuş, böyüyüb başa çatmış, özü də varis olduğu halda həmin evdə yaşaya-yaşaya, ondan heç bir şey soruşmadan anası ilə ortancıl qardaşı bir yerdə həmin evi keçirilər balaca qardaşının adına keçirməsində olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 25 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf etməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli, 347 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 24 avqust 2023-cü il tarixdən saat 19:00 radələrindən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 03 (üç) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 24 avqust 2023-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-979/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-979/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver