Məhkəmə qərarları › İş №3(067)-979/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-979/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-979/2024 03.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə Hüquqi şəxs Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qusar rayonu, Urva kəndi ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) 2023-cü ilin noyabr ayı ərzində **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri əsasında üzrə 976,14 ABŞ dolları dəyərində (1659,43 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-001545/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlər müvəkkil bankın hesabına köürülməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi X3 göstərdi ki, Qusar rayonu, Urva kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən 2023-cü ilin noyabr ayı ərzində Xaçmaz Gömrük İdarəsində **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri əsasında rəsmiləşdirilməklə 976,14 ABŞ dolları dəyərində (1659,43 manat) “meyvə” məhsulları Rusiya Federasiyasına ixrac edilmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürülməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu hüquqi ünvana tərəflərindən xx.xx.2024-cü il tarixli 3-33-1700/2-001545/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsait müvəkkil bankın hesabına köçürülməmişdir. Bu səbəbdən 23 iyul 2024-cü il tarixdə Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyatı üzrə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərəflərindən hazırki gün də, yəni 03 sentyabr 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirilmiş və şirkət tərəfindən 2023-cü ilin noyabr ayı ərzində Xaçmaz Gömrük idarəsində rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində köçürürlməli olan **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri üzrə 976,14 ABŞ dolları (1659,43 manat) məbləğində vəsaitin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuiliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondən ötəri ki, "xxxx" MMC tərəfindən 2023-cü ildə Rusiya Federasiyasının "Camelot-A" şirkətinə ixrac edilən alma meyvəsinə və Rusiya Faderasiyasının "Umnıy import' şirkətinə ixrac edilən mandarin meyvəsinə görə vəsaitin bir hissəsinin təmsil etdiyi şirkətin müvəkkil bank hesabına ödənilməsi təmin edilməmişdir. Bildirir ki, xx.xx.2023-cü il tarixli **********8703 nömrəli yük gömrük bəyannaməsi ilə 23883,92 ABŞ dolları məbləğində təzə alma meyvəsi “Camelot-A” şirkətinə ixrac edilmişdir. Bu ixrac müqabilində alıcı şirkət tərəfindən 23828.90 ABŞ dolları məbləğində vəsait onların hesabına ödənilmiş, 55.02 ABŞ dolları isə qalıq qalmışdır. Həmin qalığın səbəbi nümunə kimi göndərilmiş 4 (dörd) plastik yeşik alma meyvəsi olmuşdur. Belə ki, nümunə kimi göndərilmiş almalar sertifikasıya məqsədilə göndərildiyindən onlara görə ödəniş tələb tələb edilmir, nümunə üçün göndərilmiş məhsulun qiyməti yük gömrük bəyannaməsində gömrük məqsədləri üçün göstərilmişdir. Bu barədə qeyd həmin YGB-nə aid olan 10 nömrəli invoysda yazılmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixli **********3695 nömrəli YGB ilə 20935,68 ABŞ dolları məbləğində təzə mandarin meyvəsi "Umnıy import' şirkətinə ixrac edilmiş, bu ixrac müqabilində alıcı şirkət tərəfindən 20014,56 ABŞ dolları məbləğində pul vəsaiti hesablarına ödənilmiş, 921.12 ABŞ dolları isə qalıq qalmışdır. Bunun izahı olaraq bildirmək istəyir kı, həmin vəsaitin hesablarına qaytarılmamasının səbəbi ixrac edilən təzə meyvənin yolda xarab olması və çəki itkisi olmuşdur. İki şirkət arasında olan müqaviləyə əsasən yalnız alıcının anbarında qəbul edilmiş meyvəyə görə alıcı ödəniş edir. Göstərilən halın onlardan asılı olmayan üzürlü səbəblərdən, yəni meyvə məhsulunun bir hissəsinin malın ixrac olunduğu gündən təhvil verildiyi günədək xarab olması və çəki itkisi səbəblərindən baş verdiyi nəzərə alınmaqla inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin izahatlarını dinləyib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə iclasında Şəxs nümayəndəsi Şəxs MMC-nin 23 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamasını, inzibati xəta halının onlardan asılı olmayan üzürlü səbəblərdən, yəni meyvə məhsulunun bir hissəsinin malın ixrac olunduğu gündən təhvil verildiyi günədək xarab olması və çəki itkisi səbəblərindən baş verdiyini göstərsə də irəli sürdüyü dəlliləri təsdiq edən mütəbər sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 2023-cü ilin noyabr ayında **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 976,14 AB$ dolları (1659,43 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsı ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstəribgöstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemindən əldə olunmuş məlumata əsasən, “MAN-AGRO" MMC-nın xx.xx.2015-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının Qusar rayonu, Urva kəndi və rəhbərinin X8 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nın qeydiyyatda olduğu (Qusar rayonu, Urva kəndi) ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2-001545/2024 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri X5 yaşadığı ünvana xx.xx.2024-cü il tarixli, 3-33-1700/2- 002236/2024 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 976,14 AB$ dolları (1659,43 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında" protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə 2023-cü ilin noyabr ayında **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 976,14 ABŞ dolları (1659,43 manat) məbləğində vəsait Şəxs MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezdentının 24 iyun 1997-ci ıl tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2023-cü ilin noyabr ayında **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri üzrə 976.14 ABŞ dolları (1659,43 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Beləliklə də, Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada kücürülməli olan 1659,43 (min altı yüz əlli doqquz manat, qırx üc qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli raportdan görünür ki, Qusar rayonu, Urva kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) 2023-cü ilin noyabr ayı ərzində 2 gömrük bəyannaməsi üzrə 976,14 ABŞ dolları dəyərində (1659,43 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-001545/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz Gömrük İdarəsinin 23 iyul 2024-cü il tarixli baxış protokolundan və Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş konsiqnasiya əməliyyatları üzrə xx.xx.2024-cü il tarixə olan hesabatdan görünür ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti mayoru X3 tərəfindən Xaçmaz Gömrük idarəsində Şəxs MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2024-cü ıl tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirilmiş, baxış zamanı Şəxs MMC tərəfindən 2023-cü ilin noyabr ayı ərzində Xaçmaz Gömrük idarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürürlməli olan **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri üzrə 976,14 ABŞ dolları (1659,43 manat) məbləğində vəsaitin həmin dövr üzrə və hazırki günə qədər “MAN- AGRO" MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı da iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) 2023-cü ilin noyabr ayı ərzində **********8703 və **********3695 nömrəli gömrük bəyannamələri əsasında üzrə 976,14 ABŞ dolları dəyərində (1659,43 manat) “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-001545/2024 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsait müvəkkil bankın hesabına köçürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən barəsində törədilmiş inzibati xətanın bilavasitə obyekti olmuş 976,14 ABŞ dolları (1659,43 manat) valyuta vəsaiti məbləğinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 30 faizi miqdarında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 976,14 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında, yəni 293 ABŞ dolları məbləğində (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar